Bia.Az

Volodimir Zelenski: "Düşməni ədalətli cəza və gələcək nəsillərin qınağı gözləyir"

Dünya
 17-10-2022, 12:16     174

“Düşməni ədalətli cəza və gələcək nəsillərin qınağı gözləyir”.

Musavat.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda yazıb.

Zelenski bildirib ki, Rusiya ordusu bütün gecəni dinc Ukrayna əhalisini hədəf alıb: “Kiyevdə yaşayış binasında partlayış baş verib. Düşmən şəhərlərimizi vura bilər, amma bizi sındıra bilməyəcək”.

Zelenski Ukraynanın qələbəsinə inandığını vurğulayıb.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri gecə boyu bir neçə dəfə İran istehsallı PUA-larla Ukraynanın paytaxtı Kiyevə hücum edib. Gündüz saatlarında da həmin hücumlar davam etdirilib. Ukrayna İran PUA-larına qarşı İsraildən kömək istəyib. скачать dle 12.1