Bia.Az

Moskvada yeraltı dayanacaqlarda bomba sığınacaqları abadlaşdırılır - Rusiya KİV

Dünya
 17-10-2022, 01:02     163

Ukraynada müharibə aparan Rusiyanın paytaxtında yeraltı dayanacaqlarda abadlıq işləri aparılır - yataq yerləri yaradılır, qızdırıcılar qoyulur. Onları bomba sığınacağı qismində istifadə etmək planlaşdırılır.

Bu barədə Rusiyanın «Mühüm tarixçələr» nəşrinə «Atom» yaşayış sahəsinin həmsahibləri cəmiyyətinin sakinləri xəbər veriblər («UNİAN»).
Bu binaların qapılarında bomba sığınacaqlarına hazırlıq barədə elan asılıb.

Oktyabrın 16-də moskvalıları avtomobil dayanacaqlarını maşınlardan və şəxsi əşyalardan boşaltmağa çağırıblar, belə ki, bu obyektləri mülki müdafiə üzrə bilavasitə təyinatına uyğun vəziyyətə gətirmək planlanır. Elanlarda göstərilir ki, uyğun qərar oktyabrın 11-də Moskva meriyasının iclasında qəbul olunub.

Rusiyada sığınacaqların atəş halına ilk hazırlıq üzrə işlərə hələ yazda başlanıb. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiyanın cənub bölgələrinə «qoruyucu mülki müdafiə qurğularının lazımi vəziyyətə gətirilməsi» barədə tapşırıq verib.

Soçi şəhər təsərrüfatı Departamenti müharibə başlayandan sonra iki dəfə idarəedici şirkətlərin rəhbərlərinə məktub göndərib və mülki müdafiə qurğularının və radiasiya əleyhinə sığınacaqların hazırlıq vəziyyətinin yoxlanmasını tələb edib.скачать dle 12.1