Bia.Az

Ermənilərin daha bir vandallığı - Xankəndidə azərbaycanlıların məzarını yük maşını ilə dağıtdılar

Cəmiyyət
 16-10-2022, 17:59     187

Sosial şəbəkələrdə ermənilərin azərbaycanlılara məxsus qəbiristanlığı dağıtdıqlarının görüntüləri yayılıb.

Görüntülərdə bir erməninin qəbirlərin yanında dayanıb video çəkdiyi, digərinin isə yük maşını ilə başdaşılarını vurub aşırdığı görünür.

Çox güman ki, onlar bu daşları satmaq üçün aparırlar.

Hər bir halda videodan erməni vandallığı açıq-aşkar görünür.

Ermənilər 30 il işğalda sağladıqları torpaqlarımızın altını üstünə çevirib, insanlığa sığmayan davranış sərgiləyib, bu davranışlarını da yaxşı bir əməlmiş kimi çəkib yayıblar.

Ümid edirik ki, Azərbaycanın haqlı mübarizəsinə müxtəlif don geyindirən bəzi dövlətlər, Qərbin müxtəlif qurumları və eləcə də son zamanlar canfəşanlıq edən Makron bu vandallığa qarşı susmayacaqlar. Doğrudur, onlar bundan da böyük halları görməzdən gəliblər. Ancaq güman edək ki, bu dəfə fərqli olacaq.

Onu da qeyd edək ki, ekspertlər artıq görüntülərin çəkildiyi ərazini də müəyyənləşdiriblər. Qəbirlərin Xankəndi yaxınlığında, Rusiya sülhməramlılarının məsuliyyəti zonasında yerləşdiyi bildirilib./Musavat.com/


скачать dle 12.1