Arxiv

Oxunub:149 / 31 iy 08:35bolge

Lənkəranda icra nümayəndəsinin müavinini bıçaqlayan şəxs saxlanıldı



Lənkəranda icra nümayəndəsinin müavinini bıçaqlayan şəxs saxlanıldı














Lənkəran rayonunda icra nümayəndəsinin müavinini bıçaqlayan şəxs saxlanılıb.

"Report"un verdiyi məlumata görə, rayonun Günəhir ərazi vahidliyi üzrə icra nümayəndəsinin müavini vəzifəsində çalışan 40 yaşlı Mirzəyev Famin Mirhüseyn oğlunu bıçaqlyan Sumqayıt şəhər sakini Caniyev Amil Babarəhim oğlu saxlanılaraq istintaqa cəlb olunub. Onun polisə könüllü təslim olduğu deyilir. İlkin ifadəsində A.Caniyev kəndə toy məclisində iştirak etmək üçün gəldiyini, yeyib-içdikdən sonra toydan çıxıb və F.Mirzəyevlə sözləri düz gəlmədiyini, aralarında yaranan mübahisənin qan tökülməklə nəticələndiyini bildirib.

Xatırladaq ki, hadisə dünən axşam saatlarında Lənkəran rayonunun Günəhir kəndində baş verib. Günəhir kəndi Lənkəranın ən ucqar dağ kəndlərindən olduğuna görə yaralı xəstəxanaya çatdırılana qədər xeyli qan itirib. Sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Günəhir ərazi vahidliyi üzrə icra nümayəndəsinin müavini F.Mirzəyev əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, hazırda xəstənin vəziyyəti keçirilən əməliyyata uyğundur. Həyati təhlükəsi yoxdur. Vəziyyəti stabilləşməyə doğru gedir.

Faktla bağlı cinayət işi başlanıb.