Bia.Az

Kreml Şoyqunun "dərsini verməyi" planlaşdırır: Gözdən düşmüş naziri kim əvəzləyəcək?..

Siyasət
 16-10-2022, 16:17     174

"Kreml ciddi kadr aclığı keçirir, generalları, rəisləri necə və kimə dəyişəcəyi aydın deyil..." 

"Gözdən düşmüş nazirin yerinə Putinin keçmiş mühafizəçisi general-polkovnik Andrey Dyumin gətirilə bilər..."
 
Kremldə Rusiya Müdafiə Nazirliyində, o cümlədən nazirliyin rəhbərinin başqa şəxslə əvəzənməsi kimi kadr dəyişikliyi məsələsi müzakirə edilir.
 
Moderator.az xəbər verir ki, bu barədə Federasiya Şurasında və Rusiya prezidenti administrasiyasında mənbələrə istinadən "Vyorstka" portalı yazıb. 

Çeçenistan rəhbəri Ramzan Kadırovun və "Kreml aşpazı" Yevgeni Priqojinin Rusiyanın hərbi rəhbərliyini və onun döyüş əməliyyatlarının aparılması metodlarını kəskin şəkildə tənqidi ən yüksək səviyyədə bəyənilib. Bunu Kadırova tez bir zamanda növbəti hərbi rütbənin verilməsi sübut edir.
 
"Kreml ciddi kadr "aclığı" keçirir, generalları, rəisləri necə və kimə dəyişəcəyi aydın deyil, ona görə də Kadırovun bununla bağlı səsi prezidentin onu dinlədiyinə görə xüsusilə ücadan gəlir", - prezident administrasitasına yaxın mənbə deyib. Portalın digər həmsöhbətinin sözlərinə görə, "Şoyqunun dərsini vermək lazımdır".
 
Gözdən düşmüş nazirin yerinə namizəd olaraq Putinin keçmiş mühafizəçisi general-polkovnik Aleksey Dyumin baxılır. O, keçmişdə müdafiə nazirinin müavini olub, hazırda Tula vilayətinə başçılıq edir.
 
Dyuminin Rusiya Müdafiə Nazirliyinin rəhbərliynə təyin edilməsini Kadırov başda olmaqla Şoyqunun tənqidçilər qrupu lobbiləşdirir. Dəyişıklik cəbhədə uğursuzluqların davam edəcəyi tədirdə baş verəcək.
 
Kadırov Dyumini özünün böyük qardaşı adlandırır, Putin isə özünün keçmiş mühafizəçisinə indiyədək etibar edir və Tula zavodlarının müdafiə sifarişlərinin öhdəsindən necə gəldiklərindən razıdır, nəşrin mənbələri məlumat verib. Dyumin əvvəlcə nazir müavini postuna qaytarıla bilər, sonra nazir təyin edilə bilər.
 
Oktyabrın əvvəlində Amerikanın müharibəni öyrənən İnstitutu yazıb ki, Kreml Şoyqunu Rusiya cəmiyyətində narazılıq yaradan Ukrayna cəbhəsində bütün uğursuzluqlara və qismən səfərbərliklə bağlı problemlərə görə "suç keçisi" təyin edib.
скачать dle 12.1