Bia.Az

Bakı sakini özünü yandırmaq istədi - SƏBƏB

Cəmiyyət
 16-10-2022, 15:21     175

Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində bir nəfər özünü yandırmağa cəhd edib.

Buna səbəb vətəndaşın yol kənarında tikinti aparmaq istəməsi, lakin dəfələrlə bu qanunsuz tikilinin sökülməsi olub.

Əraziyə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəliblər.

Vətəndaşın özünü yandırmaq cəhdinin qarşısı alınıb.

Eyni zamanda, qanunsuz yarımtikili də sökülür.
//apa//

Bakı sakini özünü yandırmaq istədi

скачать dle 12.1