Arxiv

Oxunub:100 / 31 iy 06:45dunya

Səudiyyə Ərəbistanı: "Bu müharibə elanıdır"



Səudiyyə Ərəbistanı: "Bu müharibə elanıdır"














Səudiyyə Ərəbistanı Qətərin Kəbəyə beynəlxalq status verilməsi tələbini "müharibə elanı" kimi dəyərləndirib.

"Əl Ərəbiyyə" televiziyasına danışan Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl Cübeyr "Qətərin Kəbəni beynəlxalq bölgəyə çevirmək tələbi təcavüzkar təklifdir və krallığa savaş elanıdır" deyib.

Qeyd edək ki, Qətərin belə bir tələblə çıxış edib-etməməsi barədə rəsmi açıqlama yoxdur. Lakin rəsmi Doha Səudiyyə hökümətini Həcc ziyarətini siyasiləşdirməkdə ittiham etmiş, ziyarət üçün müraciət edən qətərlilərə əngəllər yaradıldığını deyərək BMT-yə şikayət etmişdi.