Bia.Az

Rusiya kəşfiyyatı İlon Maskı "verbovka" edib? - Milyarderin Ukrynaya qarşı demarşının sirri...

Dünya
 15-10-2022, 20:09     172

Dünyanın ən varlı adamı İlon Maskın "Space X" şirkəti sentyabr ayında ABŞ-ın Müdafiə Nazirliyinə göndərdiyi məktubda bildirib ki, Ukraynanı internetlə təmin edən "Starlink" peyk rabitəsinin xərclərini artıq ödəyə bilmir. Şirkət Pentaqondan bu xərcləri üzərinə götürməyi xahiş edir.

Müharibə başlanandan bəri "SpaceX" Ukraynaya 20 min Starlink terminalı verib. Bu terminallar rabitənin pozulduğu şəraitdə Ukraynanın internetə bağlanmasını təmin edir. Bu da qeyd olunmalıdır ki, hərbi əməliyyatların aparılması üçün rabitə ümdə rol oynayır.
Ukrayna rəsmiləri bu təmənnasız xidmətinə görə "SpaceX" şirkətinə dəfələrlə təşəkkürlərini bildiriblər. Şirkətin rəhbəri bildirirdi ki, Ukraynaya indiyədək ümumi dəyəri 80 milyon dollar olan rabitə avadanlığı verilib. İlin sonunadək bu xərclər 100 milyon dolları keçə bilər.
Xatırladaq ki, ötən ay İlon Mask Ukrayna müharibəsinin başa çatdırılması üçün özünün “sülh planını” təklif etmişdi. O hesab edir ki, müharibənin dayandırılması formulu 4 bənddən ibarət olmalıdır:
- Rusiyanın nəzarətində olan ərazilərdə BMT-nin müşahidəçiliyilə referendumlar keçirilməlidir və yerli əhali hansı ölkənin tərkibində olmasını (Rusiya ya da Ukrayna) özü seçməlidir;
- Krım Rusiyanın tərkibində qalmalıdır;
- Ukrayna Krımı su ilə təmin etməlidir;
- Ukrayna neytral statusunu qorumalıdır, yəni NATO-ya üzv olmamalıdır;
Bu tezisləri irəli sürərək Mask "Twitter"də səsvermə keçirib, nəticədə 60 faiz əleyhinə, 40 faiz lehinə səs vermişdi.
Bəzi Ukrayna nümayəndələri Maskın bu planını kəskin ifadələrlə rədd etmişdilər. Ukraynanın Berlindəki keçmiş səfiri isə Maska belə bir təklifinə görə “rədd ol” mənasını verən ədəbsiz söyüş yazmışdı. Onun bu təklifi təkcə Ukraynada yox, həm də ABŞ-ın millət vəkilləri arasında hiddət doğurmuşdu. Mask bu təklifi verməzdən əvvəl Rusiya prezidenti Vladimir Putinlə danışdığına dair iddiaları təkzib etmişdi.
Mask bildirib ki, Ukraynadakı terminalların işlək vəziyyətdə saxlanması onun şirkətinə hazırda aya 20 milyon dollara başa gəlir. Mask Pentaqona məktubu ayrıca şərh etməsə də, yazdığı tvitdə Ukraynanın Almaniyadakı səfiri Andrey Melnikin “tövsiyəsini” yerinə yetirdiyini qeyd edib.
"SpaceX" şirkətinin Pentaqona məktubunda deyilir:
"Biz artıq qeyri-müəyyən sonsuz zaman müddətində Ukraynaya yeni terminallar ianə etmək və artıq mövcud terminalları maliyyələşdirmək imkanında deyilik”.
Xəbərlərdə deyilir ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı daha 8 min "Starlink" terminalı üçün müraciət etmişdi.
Bundan əvvəl "Financial Times" Ukrayna rəsmilərinə istinadən yazırdı ki, Ukraynadakı döyüş bölgələrində terminalların söndürülməsi Ukrayna qoşunları üçün çətinliklər yaradıb.
Pentaqon dünən səhər bildirib ki, Ukrayna peyk əlaqəsilə təmin olunacaq: ""SpaceX" şirkətindən əlavə başqa şirkətlərlə də iş aparılır və biz əməkdaşlığa hazırıq".
Ukrayna Rəqəmsal Transformasiya naziri Mixaylo Fyodorov isə bəyan edib ki, ""Starlink" terminalları işləyirdi, işləyir və işləyəcək. Narahat olmayın".
Ekspertlər İlon Maskın indiki məqamda belə bir açıqlamalr verməklə niyə Putinin əlinə oynadığının səbəblərini araşdırmağa çalışırlar.
Bu günlərdə tanınmış politoloq Yan Bremmer xəbər vermişdi ki, İlon Mask öz paylaşımını etməmişdən qabaq Vladimir Putinlə danışıb. Bremmer iddia edir ki, bu barədə ona Maskın özü xəbər verib.
Yan Bremmerin verdiyi məlumata əsasən Putin Maska deyib ki, "nəyin bahasına olursa olsun hədəflərinə - işğalın legitimləşdirilməsinə çatacaq. O taktiki nüvə silahının istifadəsinin ehtimalını də xüsusilə qeyd edib.
İlon Mask dərhal bu məlumatı təkzib edərək dedi ki, son dəfə Putinlə 18 ay qabaq danışmışdı və mövzu kosmos idi.
Ehtimal olunur ki, Yan Bremmerin Mask-Putin təmasını sübut edən faktları var idi və bu faktlar artıq FTB-nin əlindədir. Ekspertlərə görə İlon Mask çoxdandır ki, FTB-nin hədəfindədir.
Buna sübut kimi bəzi dəlillər təqdim olunur:
İyul ayında İlon Mask xeyriyyəçilik məsələləri üzrə köməkçisi olan İqor Kurqanovu vəzifəsindən azad edib. İqor Kurqanov tanınmış poker oyunçusudur. Kurqanov poker oyunçularına uduşlarını xeyriyyəçiliyə sərf etmək üçün şirkət "Raising for Effective Giving" şirkəti təsis edib. Daha sonra Kurqanov Maskla tanış olub və Mask onu işə götürüb. Qısa zaman ərzində İqor Kurqanovunun xeyriyyəçilik məqsədilə Maska məxsus olan milyardlarla dollar sərəncamına keçirib.
FTB bu məsələni araşdırmağa başlayıb və İqor Kurqanovun Rusiya xüsusi xidmət orqanları ilə əlaqələrini üzə çıxarıb. FTB-nin bu barədə ciddi xəbərdarlığından sonra Mask İqor Kurqanovu vəzifəsindən azad etməyə məcbur olub.
FTB hesab edir ki, İqor Kurqanov Rusiya xüsusi xidmət orqanları tərəfindən Maskın ətrafına yerləşdirilmiş insanların arasında ən yüksək vəzifəyə malik idi. Amma o tək deyil idi və FTB bu istiqamətdə işləyir.
Ekspertlərə görə, İlon Maskın Ukraynaya qarşı demarşı əsla təsadüf deyil və bunu ABŞ dövlətinin təhlükəsizliyinə təhdid kimi qiymətləndirmək olar. ABŞ-da məhz belə də qiymətləndirirlər./"AzPolitika.info"/скачать dle 12.1