Bia.Az

FHN-in general-mayoru Füzuli Əsədov magistral su xəttində baş vermiş qəza yerinə gedib

Hadisə
 15-10-2022, 12:14     198

"Qaradağ rayonu ərazisində su magistralının partlaması nəticəsində yaranmış fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir". APA xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov deyib. Füzuli Əsədov bildirib ki, hazırda hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki Müdafiə qoşunlarının şəxsi heyəti cəlb olunub. Əraziyə FHN-in 10-dan artıq texnikası və 14-ə yaxın nasosu gətirilib. "Birinci növbədə çalışırıq ki, magistral yolun tam açılmasına nail olaq. Bununla bağlı görülən tədbirlər nəticəsində artıq yolda hərəkət qismən təmin olunub", - deyə F. Əsədov bildirib.скачать dle 12.1