Bia.Az

Azərbaycanın milyonlarla valyutası niyə xaricə axır? - HƏQİQƏTƏN DƏ...

İqtisadiyyat
 15-10-2022, 12:04     292

“Dünyada ən böyük maliyyə mənbəyinə çevrilən internet gəlirləri, xüsusilə də sosial şəbəkələr üzərindən axan milyonlar bizi bu istiqamətə diqqət cəlb etməyə vadar edir. Ölkəmizdən hər ay milyonlarla pulun xaricə axması ciddi narahatlıq yaratmaqdadır. Milli sərmayənin bu yolla ölkədən çıxması təbii ki, hər kəsi narahat etməlidir. Ona görə də ölkəmizdə milli sosial şəbəkələrin yaradılmasıyla yanaşə həm də milli resurslara dövlət qayğısının artırılması lazımdır. Çünki yaşadığımız dövr `internet çağı` adlanır. Hər ölkənin özünəməxsus milli resursları var. Ona görə də biz də sərmayənin milliləşməsi üçün milli resurslar yaratmalıyıq.”

BİA.AZ xəbər verir ki, bu fikirləri İnformasiya Texnologiyaları mütəxəssisi Elvin Abbasov Bizim.Media-ya sosial şəbəkələrin hesabına ölkəmizdən xaricə axan milyonlardan danışarkən bildirib.

O. əlavə edib ki. internet provayderi ölkə daxilində nə qədər çox olarsa, internet qiymətləri də eyni nisbətdə ucuzlaşar. Bu isə vətəndaşların büdcəsinə fayda gətirər.

Yəni milli resurslardan həm vətəndaşlar, həm də dövlətimiz qazanc əldə edər. Ona görə də ən qısa zamanda bu istiqamətdə milli brendlər yaratmalı, mütəxəssislər formalaşdırmalıyıq. Yerli mütəxəssislərin yaratdıqları məhsulların milli brend halına gəlməsi və onların qlobal səviyyədə tanıdılması ölkə adına həm prestij, həm də üstünlük gətirəcəkdir.

Facebook və digər sosial şəbəkələrə reklam məqsədi ilə milyonlarca vəsait xərclənir. İstər sərmayənin milliləşməsi yolunda, istərsə də milli resursların həm brend halına gəlməsi, həm də qiymətlərə təsiri baxımından düşünsək, hər bir Azərbaycan vətəndaşının şüurlu olaraq milli resursları istifadə etməsi ölkə adına yararlıdır”.

Elvin Abbasov onu da əlavə etdi ki, buraya təhlükəsizlik, gizlilik, milli əxlaqi dəyərlərin qorunması və s. kimi sahələri də əlavə etsək onda görərik ki, milli brendlər nə qədər əhəmiyyətlidir.Bir müddət əvvəl Almaniya ölkəsindən qazandığı gəlirin vergisini ödəmədiyi üçün facebooku məhkəməyə verdi. Rusiya öz sosial şəbəkələrini yaratdı.

Çinin digər ölkələrə məxsus şəbəkələrə qapılarını bağlaması isə iqtisadi və milli təhlükəsizlik maraqlarının qorunmasına istiqamətlənmiş addımdır. Bunun üçün də yerli internet resuslarının inkişafı və milli sərmayənin ölkə daxilindəki fəaliyyətə yönləndirilməsi bu günümüz və gələcəyimiz adına həyati bir məsələdir.”
скачать dle 12.1