Bia.Az

İLGİNC FAKT: “İran 1954-cü ildə Azərbaycandan bir hissə torpaq qoparıb” – Politoloq “geri istəmək lazımdır” dedi

Siyasət
 15-10-2022, 11:04     165

“Bozbaş, yas mollalarının təfəkkürü ilə dövlət idarə etmək olmaz. İranda dövlət yoxdur. Tehranda başa düşmürlər ki, Azərbaycanda bir-iki ay İranla bağlı məsələləri danışmaqla bütün İran qarışdı. Ona görə də öz ayıblarına kor olub oturmalıdırlar. İranın ölkəmizin səviyyəsinə çatması üçün hələ yüz il lazımdır”.

BİA.AZ xəbər verir ki, bunu Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev İran İslam Respublikasının ənənəsinə sadiq qalaraq ermənipərəst və anti-Azərbaycan siyasətini davam etdirməsinə münasibət bildirərkən deyib:

Onun fikrincə, İranın Azərbaycan əleyhinə son zamanlar etdiyi çıxışlarının heç bir siyasi əsası yoxdur. Bu sadəcə fars rejiminin xislətindən doğur:

“Son min ildə İranı dövlət kimi ayaqda saxlayan Azərbaycan türkləri olub. Həmçinin İran əhalisinin 60 faizi türk kökənlidir. Farslar bunları həzm edə bilmir. İran həddən artıq “Papadan çox katolik olmağa çalışır”. Ermənistan üçün həddən artıq canfəşanlıq göstərirlər. Amma bu o demək deyil ki, BMT tərəfindən tanınmış başqa bir dövlətin ərazisinə iddia edəsən. İran Azərbaycanın daxili işinə qarışır.

Azərbaycan öz ərazisini istəyir. 1920-ci ilin 28 aprelində Azərbaycan işğal olunanda 114 min kv.km əraziyə malik olub. Fikrimcə, tək Zəngəzur məsələsini qaldırmamalıyıq. 1954-cü ildə Azərbaycanın Yardımlı və Cəlilabad rayonu ərazisinin bir hissəsi qeyri-qanuni olaraq İrana verilib. Əvəzində İran Türkmənistana torpaq verib. Azərbaycan bunu da qaldırmalıdır”.

Ekspert qeyd edir ki, İranın ölkəmizə qarşı düşmənçilik mövqeyi tutmasına baxmayaraq, bu günə qədər Bakı Tehran əleyhinə hər hansı bir təbliğatda bulunmayıb:

“Ölkə qanunvericiliyinə görə, Azərbaycan ərazisindən başqa bir dövlətin ərazisinə üçüncü dövlətin qoşun yeritməsinə icazə vermir. Həmçinin, ərazimizdə hər hansı bir xarici dövlətin hərbi bazası da ola bilməz. İşğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə İsrail şirkətlərini dəvət edirik, Tehran bundan əndişələnir. Bunun İrana nə dəxli var?

İran islamı, dini də pis günə qoyub. Bu ölkədə fundamental xurafat baş alıb gedir. 180 min erməni üçün Tehranın mərkəzində məktəb açılır. Amma 40 milyonluq azərbaycanlının ana dilində məktəbi yoxdur”.
скачать dle 12.1