Bia.Az

“Vaqnerçilər” artıq 40-dan çox dustağı güllələyiblər – USQ

Dünya
 15-10-2022, 01:17     188

«Vaqner» özəl hərbi şirkətinin döyüşçüləri artıq 40-dan çox cəlb olunmuş (səfərbərliyə) və Ukraynaya müharibəyə göndərilmiş dustağı güllələyiblər.


Bu barədə Ukrayna Silahlı Qüvvələri (USQ) Hərbi quruculuq idarəsi (HQİ) rusiyalı hüquq mülafiəçisi Vladimir Oseçkinin bəyanatına istinadla xəbər verir («UNİAN»).

Oseçkinin sözlərinə görə, Ukrayna ordusu tərəfinə qaçmağa cəhd edənləri cəzalandırıblar. Fərariləri ayaqlarından güllələyirlər.


«Onları dustaq maşınlarında aparıb yerinə çatdırandan sonra, artıq orada Yevgeni Priqojinin sentyabrın 12-də 6 №-li kolonda dedikləri işə salınır. O, birbaşa deyib: «Əgər siz, yerinə çatarsınızsa və deyərsinizsə ki, nə isə elə deyil, o saat onlar güllələyirlər. İstintaqsız və məhkəməsiz» - o, bəyan edib./AzPolitika.info/скачать dle 12.1