Bia.Az

Daha bir jurnalist öldürülüb

Dünya
 15-10-2022, 00:57     178

İlin əvvəlindən ölkədə qətlə yetirilən jurnalistlərin sayının 5-ə yüksəldiyi bildirilir

Mərkəzi Amerika ölkəsi Hondurasın şimalında "La Tribuna" (LTV) telekanalında çalışan Edvin Andino paytaxt Tequsiqalpada qətlə yetirilib.

AzNews.az xəbər verir ki, polis 23 yaşlı Andinonun boğularaq öldürüldüyünü açıqlayıb.

İlin əvvəlindən ölkədə qətlə yetirilən jurnalistlərin sayının 5-ə yüksəldiyi bildirilir. Honduras Jurnalistlər Cəmiyyəti tərəfindən edilən yazılı açıqlamada Andinonun qətli pislənərək, cəzasız qalmaması tələb edilib.

 Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının Hondurasdakı İnsan Haqları Müvəkkili də hadisəyə reaksiya verib və səlahiyyətlilərdən operativ və effektiv araşdırma aparmağı xahiş edib.скачать dle 12.1