Bia.Az

Koronavirus peyvəndi barədə DƏHŞƏTLİ ETİRAF - Dünya ayağa qalxdı

Cəmiyyət
 14-10-2022, 13:01     213

Avropa Parlamentində dərman firmaları ilə bağlı müzakirələr zamanı diqqətçəkən fikirlər səsləndirilib.

BİA.az xəbər verir ki, koronavirusa qarşı peyvənd hazırlayan Pfizer şirkətinin nümayəndəsi peyvəndin lazımi testlərdən keçmədən istifadə edilməyə başladığını etiraf edib. Avropa Parlamentinin Hollandiyadan olan nümayəndəsi Rob Roos “Pfizer-in koronavirus peyvəndi istifadəyə verilməzdən əvvəl xəstəliyin yayılmasının qarşısını alıb-almadığı test edildimi? Əgər test edilibsə məlumatları komissiyamızla paylaşa bilərsiniz? Çox qəti cavab tələb edirəm” deyə sual edib.


Pfizerin nümayəndəsi isə “Testlər edilmədi. İstifadəyə verilməzdən əvvəl peyvəndin koronavirusun qarşısını alıb-almadığını bilmirdik. Sürətlə davranıb bazarın necə işlədiyini öyrənməli idik” deyə cavab verib. Bu cavab sosial mediada böyük etirazlara yaradıb.  /Qazet.az/скачать dle 12.1