Bia.Az

Üçtərəfli görüşdə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin perspektivi müzakirə edilib - Rusiya XİN

Siyasət
 14-10-2022, 12:39     171

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla regional nəqliyyat əlaqələrinin açılması, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması perspektivləri və digər məsələləri müzakirə edib.

BİA.AZ APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya XİN-in Astanada keçirilən üçtərəfli görüşlə bağlı məlumatında bildirilib.

“Nazirlər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə birgə səyləri müzakirə ediblər, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının bütün müddəalarına hərtərəfli riayət edilməsinə sadiq olduqlarını təsdiqləyiblər. Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupu vasitəsilə regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələlərinə, Rusiyanın məşvərət yardımı ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın işinə əsaslı baxış keçirilib. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına dair danışıqların gedişinə xüsusi diqqət yetirilib”, - deyə Rusiya XİN-in bəyanatında qeyd olunub.

Görüşdə yaxın gələcəkdə müxtəlif səviyyələrdə üçtərəfli təmasların davam etdirilməsi qərara alınıb.
скачать dle 12.1