Bia.Az

ABŞ kəşfiyyatının 30 əməkdaşı İrəvanda - Rusiyaya qarşı əməliyyat

Siyasət
 14-10-2022, 11:50     163

Sentyabrın 30-da Federal Təhqiqatlar Bürosunun (FTB) 30 əməkdaşı ABŞ-dan İrəvana gəlib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı bildirib.

Qeyd olunur ki, onlardan 10 nəfəri rəsmi olaraq Daxili İşlər Nazirliyi tərəfindən dəvət olunublar. Qalan 20 nəfər isə kibertəhlükəsizlik və sosial mühəndislik sahəsində çalışan iş adamları və İT mütəxəssisləri adı altında İrəvana gəlublər.
Qeyd olunur ki, onların əsas vəzifəsi sayı o qədər də çox olmayan rusiyayönlü qrupların zərərsizləşdirilməsinə hazırlıq görmək, Ermənistanın ödəniş sistemini və Rusiya Federasiyası vətəndaşlarının fəal şəkildə istifadə etdiyi kartlarla bank əməliyyatlarını xüsusi nəzarətə almaqdır.

Məlumatda o da bildirilir ki, Qazaxıstan kimi Ermənistanın da KTMT-dən çıxması qərara alınıb: "Buna görə də Paşinyan hakimiyyəti əldə saxlamaq və müxalifət qüvvələrinin pullarına nəzarət etmək üçün zəmin hazırlayır. Astana kimi İrəvana da Rusiya Federasiyası ilə müttəfiqlikdən çıxmaq üçün böyük üstünlüklər vəd edilir və bu planların həyata keçirilməsinin başlanğıc tarixi 2023-cü ilin yazıdır. Qərb hesab edir ki, Ukrayna böhranı 2023-cü ilin fevral-mart aylarında kulminasiya nöqtəsinə çatacaq, bundan sonra hadisələrin dinamikası və vektorunun idarəolunmaz güc və sürətlə inkişaf etməyə başlayacağı gözlənilir. İndi əsas sual bu vektorun hansı istiqamətə yönələcəyi və Rusiyanın bu problemin həllinə diqqət ayıra bilib-bilməyəcəyi ilə bağlıdır. Lukaşenko döyüşməyə və qalib gəlməyə hazırdır, Kremllə bağlı məsələ isə hələ aydın deyil. Abramoviçin vəd etdiyi 1-2 günlük raket zərbələri başa çatıb, lakin hədə-qorxu hərəkətləri üçün vaxt çoxdan başa çatıb və sistemli iş dövrü hələ başlamayıb".скачать dle 12.1