Bia.Az

Nüvə silahından 50 qəpiklik "qorunma": - Bakıda onu hər yerdən “silib-süpürüblər”

Sosial
 14-10-2022, 10:44     272

Son günlər ölkədə ciddi yod qıtlığı yaşanır. Havaların soyuması ilə əlaqədar mövsüm xəstəlikləri, soyuqdəymə halları artıb.

İlkin müalicə tədbirləri almaq istəyən paytaxt sakinləri isə apteklərdə yodun tapılmamasından şikayətlənirlər. Bəzi mütəxəssislər isə qıtlığın səbəbini Rusiya və Ukrayna arasında gedən müharibədə görürlər.

Belə ki, iki ölkə arasında fevral ayından davam edən müharibə Rusiyanın ötən həftə əldə etdiyi torpaqların ilhaqı ilə bağlı keçridiyi referendumdan sonra daha da şiddətlənib. Müharibənin davamı fonunda Rusiyanın nüvə silahından istifadə edəcəyi ilə bağlı söz-söhbət dolaşmaqdadır. Nüvə bombasının yayacağı radiasiyadan qorunmaq üçün bir çox ölkələrdə yod materiallarını alıb, gələcək təhlükədən qorunmaq üçün saxlayırlar.

Bütün bunların ölkəmizə də təsiri var və düşünülür ki, apteklərdən yodun bitməsinə də bu səbəb olub. Lakin dünən, 12 oktyabrda Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildiriblər ki, son zamanlar apteklərdə müşahidə olunan yod qıtlığı aradan qaldırılır:

“Yodun idxalı üçün idxalçı şirkət tərəfindən müraciət sentyabr ayının sonunda qeydə alınıb. Bu, onu deməyə əsas verir ki, yod problemi aradan qalxır”.

Sakinlərin gileylərini yerində öyrənmək üçün Bakıda yerləşən bir neçə aptekə baş çəkdik. Olduğumuz əczaxanaların heç birində yod satılmırdı. Əczaçılar bildirdilər ki, həkimlər nüvə radiasiyasından yodla qorunmağın mümkün olduğu barədə açıqlama verdikləri üçün bir müddətdir yoda tələbat artıb, insanlar bir neçə şüşə yodu birdəfəyə alıb aparıblar.

Xatırladaq ki, balaca flakonda, yəni 10 ml yodun qiyməti 40-50 qəpikdir. Onu da qeyd edək ki, Neftçala rayonunda yod-brom zavodu fəaliyyət göstərir.
скачать dle 12.1