Bia.Az

“İran Bakı ilə İrəvan arasında sülh sazişini tanımaya, hətta Zəngəzura qoşun belə yeridə bilər” - Rus politoloqdan İDDİA

Siyasət
 13-10-2022, 13:09     166

“İran Ermənistan-Azərbaycan sülh sazişini tanımaya və fəsadlar yarana bilər. İran İslam Respublikası hətta qoşun yeritməyə də hazırdır”. BİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bunu NEWS.am-a açıqlamasında rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz məsələləri üzrə ekspert Stanislav Tarasov deyib.

O qeyd edib ki, “Zəngəzur dəhlizi” mövzusu Azərbaycan tərəfindən irəli sürülüb, 10 noyabr bəyanatında bu terminlə ifadəolunmayıb. Tarasovun sözlərinə görə, yolun Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarətində olacağı şərti İranı qıcıqlandırır. “Çünki o, qorxur ki, Türkiyə və Azərbaycan rusları qovacaq, yola nəzarət edəcək və türk qurşağı yaradacaqlar”.

Rus politoloq bildirib ki, hazırda gündəmdə olan bir çox məsələlər uydurmadır. “Ola bilsin ki, Əliyevlə Paşinyan təkbətək söhbətlərdə bir çox məsələləri müzakirə edirlər. Amma ictimai səviyyədə hələ də mənasız bəyanatlar verilir”.

O, Paşinyanın Türkiyə ilə münasibətləri tənzimləmək istəyinə işarə edərək qeyd edib ki, Türkiyə prezidenti Azərbaycanla Naxçıvan arasında dəhlizin açılması üçün şərt qoyur. “Bu vəziyyət İranı qane etmir. Noyabrın 10-da imzalanmış bəyanat Türkiyənin dolayısı ilə iştirakı ilə İrəvan, Moskva və Bakı arasında imzalanıb. Putin Türkiyənin birbaşa iştirakına icazə vermədi. Çünki Qarabağla heç bir əlaqəsi yoxdur. Tarixən bu, İranın təsir dairəsidir, lakin danışıqlara dəvət olunmayıb. Tehran hesab edir ki, Qarabağın statusunu müəyyən etmək, kommunikasiyalardan danışmaq olar və s. Lakin saziş onun iştirakı ilə imzalanmalıdır. İran sülh sazişini tanımaya və fəsadlar yarana bilər. Tehran hətta bu zonaya qoşun yeritməyə də hazırdır. İrəvan və Bakı da İranla bu problemi həll etməlidir”.
скачать dle 12.1