Bia.Az

İran dronları barədə maraqlı fakt - Danilov açıqlayıb

Siyasət
 13-10-2022, 00:58     166

Ukrayna tərəfi aydınlaşdırır ki, İran pilotsuz uçaq istehsalı üçün bəzi komponentləri necə əldə edib, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Aleksey Danilov danışıb («UNİAN»).


İran müstəqil halda «Şahid-136» kamikadze-dronları hazırlaya bilməzdi. Həmin dronlardan indi Rusiya Ukraynaya qarşı müharibədə istifadə edir.
İran PUA-larını vurandan sonra, Ukrayna tərəfi digər dövlətlərə aidiyyəti olan komponentlər tapıb, Ukrayna MTMŞ katibi Aleksey Danilov «Svobode Live»-ə şərhində danışıb.


«İranlılar müstəqil şəkildə bu PUA-ları yığa bilməzdilər. Orada müəyyən ölkələrə aid müəyyən komponentlər var» - məmur bəyan edib.


Danilov əlavə edib ki, Ukrayna tərəfi hazırda aydınlaşdırır, bu komponentləri İran necə əldə edib və nə üçün sanksiya altında olan ölkə belə şeyləri əldə etmək imkanı tapıb - bu komponentlər 100 faiz hərbi-sənaye kompleksinə aiddir.скачать dle 12.1