Bia.Az

NATO Lukaşenkonu Belarusu Ukrayna münaqişəsinə cəlb etməyi dayandırmağa çağırdı

Siyasət
 13-10-2022, 00:53     146

"Belarus Rusiyanı dəstəkləməyi dayandırmalıdır”. 


Bunu NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə günü alyans ölkələrinin müdafiə nazirlərinin ikigünlük iclasında bildirib.

Stoltenberqin sözlərinə görə, o, Lukaşenko hökumətinin münaqişədə iştirakçı olmaqdan əl çəkəcəyini gözləyir.


Baş katib həmçinin NATO-nun Ukraynaya raket hücumlarının Belarusdan həyata keçirildiyini bildirib.


“Biz gördük ki, Belarusdan Ukraynaya raket atmaq üçün tramplin kimi istifadə edilir. Belarus prezidenti Rusiyanın hərbi səylərini dəstəkləməyi dayandırmalıdır”, - deyə Stoltenberq əlavə edib. (Mənbə: TASS)скачать dle 12.1