Bia.Az

BMT: İnsan Hüquqları Şurasının üzvləri seçilib

Dünya
 12-10-2022, 16:55     196

BMT Baş Məclisi İnsan Hüquqları Şurasına yeni üzvlər seçib.

Novator.az bildirir ki, 11 oktyabr iclasında dəstək qazanan 14 ölkə bunlardır: Banqladeş, Qırğızıstan, Maldiv, Vyetnam, Cənubi Afrika Respublikası, Əlcəzair, Mərakeş, Sudan, Belçika, Almaniya, Gürcüstan, Rumıniya, Çili, Kosta Rika. Onların iki illik səlahiyyət müddəti 2023-cü il yanvarın 1-də başlayır.


BMT-nin qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşir. İnsan Hüquqları Şurası İsveçrənin Cenevrə şəhərində qərar tutur, bu quruma 47 ölkə daxildir.


1945-ci ildə qurulan BMT-nin 193 üzvü var.скачать dle 12.1