Bia.Az

“Azerçay”ın dəstəyi ilə Şuşada teatr tamaşası səhnələşdirilib - FOTO

Cəmiyyət
 12-10-2022, 16:50     183

Doğma çay markamız “Azerçay”ın dəstəyi ilə Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən Şuşa şəhərində "Müsyo Jordan və Dərviş Məstəli Şah" tamaşası nümayiş olunub

Musavat.com xəbər verir ki, tədbirin rəsmi hissəsində çıxış edən Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov Şuşanın Azərbaycan mədəniyyətində tutduğu yer, teatrın tarixi və Qarabağın işğalı dövründə “Azersun Holding”in adıçəkilən teatra verdiyi dəstəkdən bəhs edib. Daha sonra tədbirin bədii hissəsinə start verilib. Açıq səma altında qurulan səhnədə teatr kollektivinin çıxışı tamaşanı izləməyə gələnlərin böyük marağına səbəb olub. “Azerçay” tərəfindən qonaqlar üçün xüsusi çay guşəsi yaradılıb ki, burada qonaqlar üçün çay süfərsi təşkil edilib və müxtəlif hədiyyələr verilib. Dünyanın 40-dan artıq ölkəsinə ixrac edilən və “Made in Azerbaijan” yazısını üzərində şərəflə daşıyan doğma çay “Azerçay”, mütəmadi olaraq, ölkəmizin dəyərlərinin təbliği məqsədilə müxtəlif mədəni tədbirlərin təşkilinə dəstək verir.
Qeyd edək ki, Şuşa şəhəri işğal altında olduğu dövr ərzində Şuşa Dövlət Musiqili Dram Teatrı “Azersun Holding” tərəfindən böyük dəstək verilib . Mədəniyyət müəssisəsinin öz məşqlərini və tamaşalarını keçirtmələri üçün Şirkətlər qrupunun Mədəniyyət mərkəzinin binası teatr kollektivinin istifadəsinə verilib.








скачать dle 12.1