Bia.Az

Mətbuat Şurasının sədrindən Hanna Bardellinin təyinatına MÜNASİBƏT

Siyasət
 12-10-2022, 15:59     169

AŞPA Hüquq məsələləri və İnsan Hüquqları Komitəsi Azərbaycanda jurnalistlərin, hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidləri araşdırmaq və hesabat hazırlamaq üçün məruzəçi təyin edib.

Bu barədə adıçəkilən komitənin iclasında Azərbaycanda jurnalistlərin, hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər mövzusu müzakirə ediləndən sonra qərar verilib. Komitə məsələni araşdırmaq və hesabat hazırlamaq üçün Böyük Britaniyadan deputat Hanna Bardelli məruzəçi təyin edib.

BİA.AZ-ın məlumatına görə, AŞPA-nın bu təyinatı ilə bağlı Cebhe.info-ya danışan Mətbuat Şurasının sədri Rəşad Məcid deyib ki, AŞPA-da Azərbaycan əleyhinə işləyən müxtəlif qüvvələr var:

“Uzun illərdən bəri mən özüm də jurnalist kimi Avropa Şurasının sessiyalarında iştirak edirdim. Orada Azərbaycanın əleyhinə işləyən müxtəlif qüvvələr var. Vaxtaşırı istədiklərini həyata keçirirlər. İndi də məruzəçinin təyin olunması yəqin ki, onların fəaliyyətinin nəticəsidir. Güman edirəm ki, gəlib Azərbaycanda obyektiv məruzə hazırlayarlar”.
скачать dle 12.1