Bia.Az

İran Azərbaycanla sərhəddəki toqquşmalara görə ABŞ-ı ittiham etdi - Mollalar meymunluq edir...

Siyasət
 12-10-2022, 15:28     152

“Tehran İrəvanla Bakı arasında münasibətlərdə vasitəçi olmağa hazırdır”.

DİA.AZ Bakupost.az-a istinadla xəbər verir ki, bunu Rusiya mediasına açıqlamasında İranın ali dini rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti deyib.


O qeyd edib ki, İranla qonşuluqda yerləşən müxtəlif bölgələr arasında Zaqafqaziya xüsusi əhəmiyyət kəsb edir. “Bu baxımdan qonşularımıza (Ermənistan və Azərbaycan) münasibətdə daha çox həssaslıq və diqqət göstəririk”.


Onun sözlərinə görə, ölkələr arasında sülhün bərqərar olmasında son dərəcə mühüm amillərdən biri məlum tarixi sərhədlərin qorunub saxlanmasıdır.


“Qonşu ölkənin sərhədlərinin hər hansı bir ölkə tərəfindən pozulması bu regionda gərginliyin artmasına və yerli müharibələrin qızışmasına səbəb olur ki, bunun da səbəbi təxribatçı ölkələrin, məsələn, ABŞ və İsrailin mövcudluğudur", - deyə Vilayəti əlavə edib
скачать dle 12.1