Bia.Az

Sülh müqaviləsi noyabrda imzalanacaq? - AÇIQLAMA

Siyasət
 12-10-2022, 14:07     173

Xəbər verdiyimiz kimi, Ermənistanın "Qraparak" qəzeti Azərbaycanın sülh müqaviləsini noyabrın 9-da imzalamağı təklif etdiyini bildirib.
Qəzet öz mənbəsinə istinadən bu təklifin Praqada keçirilən qapalı görüşdə İlham Əliyev tərəfindən irəli sürüldüyünü yazıb. "İki il əvvəl, məhz noyabrın 9-da erməni tərəfi kapitulyasiyaya imza atdı və indi də Əliyev öz zəfərini təkrarlamaq istəyir", - deyə məqalədə bildirilir.
Bəs, iki ölkə arasında sülh müqaviləsinin 9 noyabrda imzalanması realdırmı?
BİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı politoloq Qabil Hüseynli Bakupost.az -a bildirib ki, Azərbaycan tərəfinin bu tələbi tam qanunauyğundur.
Politoloq bildirib ki, Ermənistanın kapituliyasiyaya razı olmasından 2 il ötür: "Hazırda sülhyaratma prosesi yeni dinamika alıb və sülh layihəsi üzərində iş davam edir. Ona görə də bu məsələnin məhz 9 noyabra qədər yekunlaşdırılması tam yerinə düşərdi. Amma ermənilər prosesi ləngidərək imzalama tarixinin dekabrın sonlarını təsadüf edəcəyini bildirilər. Guya sərhədlərin delimitasiyası ilə bağlı həllini gözləyən ciddi məsələlər var. Sülh müqaviləsi üzərində iş və onun son variantı xeyli vaxt aparacaq, ona görə də bu, tarix real deyil. Bununla yanaşı həmin tarixdə ermənilər məğlubiyyat aktını qəbul ediblər. Zənnimcə, kompromis qərar qəbul ediləcək. Bu komporamis qərar dekabrın sonlarına qədər sülh müqaviləsinin imzalanmasından ibarət ola bilər".
Q. Hüseynli qeyd edib ki, sülh müqaviləsi imzalanarsa, həm Azərbaycana, həm də Ermənistana böyük maliyyə yardım ediləcək:
"Üstəlik, İlham Əliyev və Nikol Paşinyanın mükafatlandırılması məsələsi də gündəmdədir. Sülh yaradılarsa və sülh şərtləri möhkəm oturuşarsa, onlar gələn il Nobel Sülh mükafatına laureat ola bilərlər. Bu mətbuata sızdırılan təklifdir. Vaxtıilə Fələstin Azadlıq Təşkilatının sədri Yasir Ərəfat ilə İsrailin mərhum prezidenti Şimon Peres arasında belə bir hərəkət olmuşdu. Bundan başqa daha bir neçə nümunə var ki, iki ölkə arasında münaqişənin aradan qaldırılması və sülh müqaviləsinin imzalanmasına görə əmin şəxslər Nobel Sülh mükafatına layiq görülüblər. Amma hələlik ortada sülh müqviləsi yoxdur. Çünki xalqların sülhə hazırlanması prosesi hələ tam sürətlə getmir. Bölgədə dayanıqlı sülhün formalaşması məsələsi də bu şərtlərdən biridir".
скачать dle 12.1