Bia.Az

Zelenski Ukrayna və Belarus sərhədində beynəlxalq müşahidəçilərin yerləşdirilməsini təklif edib

Siyasət
 12-10-2022, 01:02     152

Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı ölkəsinin Belarusla sərhədində beynəlxalq müşahidəçilər missiyası yerləşdirməyi təklif edib və G7 ölkələrinin liderlərindən bu ideyanı dəstəkləmələrini istəyib.

“Ukrayna Belarusa qarşı hərbi tədbirlər planlaşdırmayıb və planlaşdırmır”, - deyə Zelenski çərşənbə axşamı G7 liderlərinin onlayn görüşünün iştirakçıları ilə videobağlantı vasitəsilə danışıb.

“Belarus Prezidenti Aleksandr Lukaşenkonun dilindən eşidilən iddiaları, hətta bizdən gələn hər hansı təhlükə ehtimalını belə aradan qaldırmaq üçün biz öz həllimizi təklif edirik. Təhlükəsizlik vəziyyətinin monitorinqi məqsədilə beynəlxalq müşahidəçilər missiyası iki ölkə sərhədində yerləşdirilə bilər. Formatı diplomatlarımız işləyə bilər. Sizdən “Böyük Yeddilik” səviyyəsində bizim təşəbbüsümüzü dəstəkləmənizi xahiş edirəm”, - deyə Zelenski bildirib.


Belarus Prezidenti Aleksandr Lukaşenko bazar ertəsi bəyan edib ki, bir gün əvvəl qeyri-rəsmi kanallar vasitəsilə Minskə Ukrayna ərazisindən Belarusa mümkün zərbə ilə bağlı xəbərdarlıq edilib. Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç isə çərşənbə axşamı vurğulayıb ki, Ukrayna tərəfi ölkədən qaçan belaruslu müxalifətçilərdən ibarət silahlı birləşmələrdən istifadə edərək respublikaya zərbələr endirməyə çalışır.//Oxu.azскачать dle 12.1