Bia.Az

Bağlı qapılar arxasında görüş: - Qərb Paşinyandan sülh sazişi tələb edir

Siyasət
 11-10-2022, 14:24     167

Kollektiv Qərb Nikol Paşinyanın ilin sonuna qədər sülh sazişi imzalamasını tələb edir.

“Hraparak” qəzeti bu barədə məlumat yayıb.

“Mənbəmizin sözlərinə görə, məsələ oktyabrın 6-da Praqada da bağlı qapılar arxasında müzakirə olunub. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 9-da müqavilə imzalamağı təklif etdiyinə dair sübutlar var. İki il əvvəl, müharibədən sonra kapitulyasiya haqqında Bəyannamə imzalanmışdı. İndi o, öz Zəfərini təkrarlamaq istəyir.

Paşinyan buna qarşı çıxıb və deyib ki, erməni xalqı arasında pis assosiativ bağlılıq var. O bildirib ki, nə qədər inandırmağa çalışsa da, insanlar sülh sazişinin imzalanmasını yeni qapıların açılması kimi deyil, ikinci təslimçilik sənədi güman edəcəklər.

Bundan başqa, Nikol Paşinyan Azərbaycan qoşunları Ermənistan Respublikasının “ərazisi”ndən çıxarılmayana qədər sazişi imzalamayacağını bildirib. Azərbaycan isə Meğridən dəhliz əldə etməyə çalışır və hətta hakimiyyət dairələrində də yeni eskalasiya təhlükəsini istisna etmirlər”,-qəzet belə qeyd edib.
Cebhe.info
скачать dle 12.1