Bia.Az

Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub

Dünya
 11-10-2022, 10:30     158

Bu gün səhər saatlarında Rusiya Ukraynanın Zaporojye şəhərinin mərkəzinə raket zərbələri endirib.

BİA.AZ “Report”a istinadən xəbər verir ki, bu barədə Zaporojye Hərbi Administrasiyasının rəhbəri Oleksandr Starux bildirib.

O deyib ki, hücum zamanı infrastruktur obyektləri hədəfə alınıb.

Dağıntı və tələfatla bağlı araşdırma aparılır.

Məlumata görə, Rusiyanın hücumu zamanı ictimai iaşə obyektlərinə, o cümlədən təhsil və tibbi müəssisələrinə, yaşayış binalarına ziyan dəyib.
скачать dle 12.1