Bia.Az

Putin Krım körpüsünə görə nüvə silahından istifadə edəcək? - Peskovdan MARAQLI CAVAB

Siyasət
 10-10-2022, 12:06     170

Kremlin sözçüsü Dmitri Peskov Krım körpüsündə baş verən “terror aktının” Rusiyanın nüvə doktrinasının tətbiqi şərtinə aid olub-olmaması sualına birbaşa cavab verməkdən yayınıb.


Bu barədə Publika.az Rusiyanın "RİA Novosti"yə istinadla xəbər verir.

Jurnalistlər D.Peskova sual veriblər: "Rusiya Federasiyası Prezidentinin sözlərinə izah verin. Krım körpüsünə edilən qondarma terror hücumunun məqsədi Rusiya Federasiyasının mühüm mülki infrastrukturunu məhv etməkdir? Buna cavab olaraq nüvə silahından istifadə edilməsi mümkündür?"


Peskov jurnalistlərə deyib: “Sualın tərtibi tamamilə yanlışdır”.скачать dle 12.1