Bia.Az

“Putin Şoyqu və Gerasimovu azad edə bilməz” - DİN-də izah edirlər

Siyasət
 10-10-2022, 10:34     156

Rusiya Prezidenti Vladimir Putin Müdafiə naziri Sergey Şoyqunu və Baş qərargah rəisi Valeri Gerasimovu azad edə bilməz, çünki hakimiyyətin tamamilə FTX (Federal Təhlükəsizlik Xidməti) tərəfindən ələ keçirilməsindən qorxur.

Bu barədə Ukrayna Daxili işlər nazirinin müşaviri Vadim Denisenko «Ecprecco» telekanalının efirindən bəyan edib («UNİAN»).


«Hamı gözləyirdi ki, Müdafiə Nazirliyində rəhbərlik dəyişdiriləcək, ən azı Gerasimov. Putin həm Şoyqunu, həm də Gerasimovu dəyişməyə qorxdu, çünki onlar Putinə ən yaxın adamlardır. O, FTX-nin güclənməsindən qorxur, çünki anlayır, çevrilişləri hərbçilər və ya xüsusi xidmətlər həyata keçirirlər» - o, əmindir.

Denisenkonun sözlərinə görə, Putin yerdəyişmə etmək və Ukraynadakı hərbi əməliyyatların rəhbərlərini dəyişmək qərarına gəlib. «Putindən gözləyirdilər ki, o, Müdafiə Nazirliyinin rəhbərliyini dəyişəcək. O, etmək istəmədi, çünki status-kvo-nu saxlamaq istəyir. O, öz ətrafında güc blokuna yönəlik hər-hansı radikal tədbir görməkdən çəkinir. O, rəqabət yaratmır, qruplardan birinin güclənməsinə yol vermk istəmir. O, hakimiyyətin tamamilə FTX nümayəndələri tərəfindən ələ keçirilməsindən qorxur, o zaman Putin onlara yönəlik «ballast»dan məhrum olardı, hansı ki, özü həmin mühitdən çıxıb. O, gözəl anlayır - onlar nəyə qadirdirlər» - nazirin müşaviri izah edib./AzPolitika.info/скачать dle 12.1