Bia.Az

Bütün bölgə bu MƏMURUN ƏLİNDƏN QAN AGLAYIR - Əcəba, bu Emin Hüseyn kimdir?

Fakt
 9-10-2022, 20:06     454

BİA.az-a Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Emin Ramiz oğlu Hüseyn barədə çoxsaylı şikayət məktubları daxil olur. Daxil olan şikayətlərdə deyilir ki, Emin Hüseyni xidməti otağında demək olar ki, tapmaq mümkün olmur. Vəzifə borcunu yerinə yetirməkdən daha çox şəxsi işləri ilə məşğul olmağı üstün tutur. Kənar rayonlardan, ən çox da Ağsu rayonundan əlillik dərəcəsi almaq üçün gələnlərə qarşı aqressiya nümayiş etdirərək onları süründürür.

Ağsu sakinləri tərəfindən də çox saylı şikayətlər məhz bu amillə bağlıdır. Rəhbəri olduğu xəstəxanada bütün tibbi personalla kobud rəftar edən direktorun oraya təyinatı heç kimin ürəyincə deyil. Yalnız tibb işçiləri ilə deyil, qəbula gələn vətəndaşlara da kobudluq edən Emin həkim, hətta onları təhqir etməkdən belə çəkinmir. Haqlı xəstələri süründürərək onlara mənəvi əziyyət verir. Əlillik dərəcəsi almağa gələnlər isə daha çox süründürməçiliyə məruz qalırlar. İlk növbədə həkimi taparaq onun qəbuluna düşmək mümkünsüz olur. Qəbula düşə bilənlərin isə sənədlərini hər vəchlə qəbul etməyərək, dövlət qurumlarının heç birinin verdiyi sənədə etibar etməyəcəyini söyləyir. Onlara "dilənçisinizmi ki,ancaq əlilliyə göz dikmisiniz, rədd olun çölə", deyərək acılayır, təhqir edir. Bu gün, ya sabah düzələcək adı altında bəlkə bir neçə ildir gözləyən vətəndaşlar var. Onlar şikayət edəcəklərini bildirdikdə isə onun cavabı qısa olur: "Respublikada heç kimdən qorxum yoxdur, istənilən şəxsə şikayət edə bilərsiniz, buyurun cölə..."


Əcəba, bu Emin Hüseyn kimdir?

Onun haqqında internet üzərindən qısa bir arşdırma aparmaga calışdıq. Haqqında yazılan bir dənə belə olsun normal yazıya rast gəlmədik. Astarada işlədiyi dövrlərdə 2 milyon manat dövlət vəsaitinin mənimsədiyi üçün yerli sakinlər tərəfindən şikayət edilib və məhz bu şikayətlərdən sonra onu Qobustan Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin ediblər. Qobustanda qanunsuz əməllərini daha geniş şəkildə həyata keçirməyə başlayan Emin həkimin əlindən cana yığılan rayon sakinləri dayanmadan Prezidentə, 1-ci Vitse Prezidentə, Səhiyyə Nazirliyinə, TƏBİB-ə şikayət məktubları ünvanlayıblar. Saytların yazdıqlarına inansaq Emin Hüseyn Qobustan RMX-də çalışdığı dövrdə onunla əlbir olaraq qanunsuzluq edən Esmira(şərti) adlı işçisinin əli ilə tibb işçilərinin hər birindən aylıq 20 manat haqq alırmış. Bundan başqa sürücülük vəsiqəsinin verilməsi üçün lazım olan tibbi arayışı 50-100 manat rüşvət alaraq reysterə salmadan satırmış. Əlillik dərəcəsinin təyinatı zamanı hər kəsdən 200 manat rüşvət aldığı bildirilir.

Cənab E.Hüseynin əməlləri bununla yekunlaşmır. Qeyd olunurki, o hər ay ambulator xəstələrin sayını saxta sənədlərlə olduğundan dəfələrlə artıq göstərərək onlar üçün ayrılan dərman və digər tibbi vəsaitləri mənimsəyir. Xəstələrə verilməli olan dərmanlar apteklərə dəyərindən ucuz qiymətə satılır. Xəstəxana üçün ayrılan bahalı inventarların da baş həkim tərəfindən mənimsənildiyi bildirilir. Hazırda həmin yeyintilərlə bağlı araşdırmaların davam etdiyi deyilir.

Saytlar həkimin işdə yol verdiyi qanunsuzluqlarla birgə şəxsi həyatında olan bəzi nöqsanları da qeyd ediblər. Belə ki, Emin Hüseynin sosial şəbəkələrdə müxtəlif ölkələrdən olan (ən çox da erməni) xanımlarla tanış olaraq məhz onlarla görüşmək üçün tez-tez məzuniyyət götürərək xaricə yola düşür. İşdə tapılmamasının da səbəblərindən biri məhz bu amildir.

Biz BİA.az olaraq 1979-cu il təvəllüdlü bu gənc həkimin etdiyi qanunsuz əməllərin yaşından daha çox olduğunu həm saytların yazıları, həm də vətəndaşların şikayətləri əsasında öyrəndik. Ümid edirik ki, ölkə başçımız, TƏBİB və digər səlahiyyətli orqanlar vətəndaşlara qarşı kobud rəftarı, rüşvət halları, saymazlığı ilə yadda qalan Emin Hüseynə qarşı lazımı tədbirlər həyata keçirəcəklər...

P.s.Yaxın vaxtlarda Emin Hüseynin digər qanunsuz əməlləri barədə də oxuculara geniş məlumat verərək, Ağsu sakinlərinin də videogörüntülü şikayətlərini təqdim edəcəyik.

Sonda redaksiyamıza gələn bir şikayət məktubunu da diqqətinizə çatdırırıq:

"Yazıb sizə bildirirəm ki, mənim atam İmanov Adil Bəhmən oğlu. 2021-ci ildə beyin infarktı keçirdi. Atam 10 gün Şamaxı rayon mərkəzi xəstəxanasında müalicə alandan sonra sağalması qeyri mümkün olduğu üçün evə buraxıldı. Atamın xəstəlik diaqnozu beyin infarktı, infarktdan sonra iflicdir. Həmin vaxtdan Atam evdə yataq xəstəsidir, bir üzü tam hərəkətsizdir. Mən Şamaxı rayon xəstəxanasına atama əlillik pensiyasının təyin olunması üçün getdim. Xəstəxanadan mənə bildirdilər ki, sən Bakıdan "Respublikaniski" xəstəxanasından sənət gətirməlisən. Mən də bunlara inanıb iflici apardım "Respublikaniski" xəstəxanasına, Atam yoxlanıldı, həkimlər mənə bildirdi ki, atan iflicdir və bunun sağalması mümkün deyil. Apar evinə vəziyyəti ağırdır.

İnda qalmışam Şamaxı yolunda. Şamaxı rayon xəstəxanasının direktoru Emin Hüseyinin qəbulunda düz beş dəfə olmuşam. Hər dəfə bir bəhanə edir. Birinci dəfə qəbulunda olanda mənə dedi ki, acından ölürsən neynirsən əlillik qurupunu. Sonuncu qəbulda mənə deyir ki, apar atanı Respublikaniski xəstəxanasına, orada yatmalıdır. Baş həkim Eminə bir neçə dəfə təkrar etdim ki, apardım Respublikaniski xəstəxanasına və buda cavabı. İndi zəhmət olmasa qurupunu təyin edin. Yenə də həmişə dediyi sözlərin bir az fərqlisini dedi, yenə apar bir 500 azn xərcin çıxsın, ağlın gəlsin başına. Əlillik pensiyasın unut. Mən Emin Hüseyinliyə bildirdim ki, sizdən şikayət edəcəm. Dedi geT hara deyirsən de, mənim adamım da var, pulum da, kimdi sənə qulaq asan. Buranın yiyəsi mənəm, mən nə deyirəm oda olacaq. Sizdən xahiş edirəm mənə köməklik edin.

Ardı var...

QARŞI TƏRƏFİN DƏ MÖVQEYİNİ DƏRC ETMƏYƏ HAZIRIQ.

BİA.az
скачать dle 12.1