Bia.Az

"Krım körpüsünün partladılması şəxsən Putinə güclü toxunacaq" - Britaniya kəşfiyyatı...

Dünya
 9-10-2022, 14:37     182

"Krım körpüsündə partlayış Putinin 70 illiyindən bir neçə saat sonra baş verib..." 

"Bu insident yüklərin Krıma daşınmasına və Rusiya qoşunlarının cənub qruplaşmasının təchizatına ciddi təsir edəcək..." 


Oktyabrın 8-də Krım körpüsünün partladılması Rusiya qoşunlarının cənubda logistikasını əhəmiyyətli dərəcədə çətinləşdirəcək və Rusiya prezidentinə "güclü toxunacaq".
 
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatının yeni məlumatında deyilir.
 
"8 oktyabr səhər tezdən Rusiyanın işğal etdiyi Krımı Rusiyanın Krasnodar diyarı ilə birləşdirən körpü zədələnib", - idarə xatırladıb.
 
Kəşfiyyatçılar qeyd edib ki, Krım körpüsünün dörd hərəkət zolağının ikisi müxtəlif yerlərə təxminən 250 m məsafəyə dağılıb. 
 
İki hərəkət zolağı ilə bəzi nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib, lakin buraxılış qabiliyyəti ciddi aşağı düşüb. 
 
Dəmiryiol zolağının zədələnmə dərəcəsi bəlli deyil, lakin onun buraxılış qabiliyyətinin istənilən ciddi zədələnməsi, böyük ehtimalla, yüklərin işğal edilən yarımadaya daşınmasına və Rusiya qoşunlarının cənub qruplaşmasının təchizatına ciddi təsir edəcək.
 
Böyük Britaniya müdafiə nazirliyi bəyan edir ki, dəmiryolu qovşağının zədələnməsinə qiymət vermək, həmçinin onun bərpa edilmə müddətlərini demək hələ çətindir.
 
Ekspertlər hesab edir ki, yuxarıda göstərilənlər rusiyalıların logistikasını əsaslı surətdə dəyişəcək.
 
Britaniyalılar vurğulayıb ki, Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi zamanı Krım körpüsünün dəmiryol keçidi cənub cəbhəyə ağır  texnikanın çatdırılmasında həlledici rol oynayıb.
 
Məlumatda diqqət buna cəlb edilib ki, körpüdəki "hadisə" şəxsən Putinə "güclü toxunacaq", çünki partlayış onun 70 illiyindən bir neçə saat sonra baş verib.
 
Həm də Rusiya prezidenti bu keçidin açılışını şəxsən özü edib, tikintinin podratçısı isə oliqarx və onun uşaqlıq dostu Arkadi Rotenberq olub.
 
"Son aylar Putinin sabiq cangüdəni, Rusiya Qvardiyasının hazırki komandanı Viktor Zolotov açıq şəkildə körpünün təhlükəsizliyinə inandırıb", - Britaniya kəşfiyyatı qeyd edib.
 
Xəbər verildiyi kimi, oktyabrın 8-də səhər saat 6 radələrində Krım körpüsündə yük maşını partlayıb.
 
Körpüdə zədələnmələr səbəbindən hərəkət dayanıb, lakin axşama yaxın Krım hakimiyyəti minik maşınları və avtobuslar üçün hərəkətin bərpası haqqında hesabat verib.
 
Yük maşınlarının sürücülərindən Kerç liman keçidindən istifadə etməklə mürşrutlarını planlaşdırmaq xahiş edilib.
 
Amerikanın "Planet" və "Maxar" şirkətlərinin dərc etdiyi peyk şəkillərində partlayışdan sonra körpünün zədələnmələri görünür.
скачать dle 12.1