Bia.Az

Rəsmən ELAN EDİLDİ: Putin partlayışdan sonra İLK ADDIMI ATDI

Siyasət
 9-10-2022, 12:44     150

Xəbər verdiyimiz kimi, ötən gün Krım körpüsündə yük avtomobili partlayıb. Partlayış dalğası yanacaq daşıyan qatarı vurub və 7 sisterndə partlayış baş verib. Nəticədə körpüyə ciddi ziyan dəyib.

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak öz tviter hesabında yazıb ki, bu hələ başlanğıcdır.
"Qanunsuz bütün obyeklər məhv edilməlidir. Oğurlanan hər şey Ukraynaya qaytarılmalıdır" - Podolyak bildirib.
Rusiya Xarici İşlər Nazirliyi isə Krım körpüsündə törədilən partlayışın terror xarakterli olduğunu açıqlayıb. Qurumun sözçüsü Mariya Zaxarova Ukrayna rəhbərliyinin hadisəyə münasibətini də qınayıb:
“Bu, partlayışın terror xarakterli olmasına dəlalət edir”.
İLK RƏSMİ ADDIM

Musavat.com xəbər verir ki, Rusiya ərazisi ilə Krım yarımadasını birləşdirən Krım körpüsündə baş verən partlayışdan sonra Moskva ilk rəsmi addımı atıb. 
Belə ki, Rusiya prezidenti Vladimir Putin Kerç boğazında mühafizənin gücləndirilməsi haqqında fərman imzalayıb.
Kremldən verilən yazılı açıqlamada bildirilir:
"Rusiya prezidenti Vladimir Putin Kerç boğazından nəqliyyat keçidinin, Rusiya ilə Krım yarımadasının elektrik şəbəkəsi enerji körpüsünün və Krasnodar diyarı ilə Krım magistral qaz kəmərinin mühafizəsinin gücləndirilməsi haqqında fərman imzalayıb".
Putinin imzaladığı fərmana uyğun olaraq, Kerç boğazında tədbirlərin gücləndirilməsinin Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən həyata keçiriləcəyi bildirilir.скачать dle 12.1