Bia.Az

Ermənistandan Rusiyanı qəzəbləndirən daha bir addım

Siyasət
 9-10-2022, 12:38     156

BMT-nin Rusiyaya insan hüquqları üzrə xüsusi məruzəçi vəzifəsini təsis etdi; Qatilov: “Təəssüf ki, səsvermədə Ermənistan...”

BMT-nin İnsan Hüquqları Şurası Rusiyada insan hüquqlarının pozulması üzrə xüsusi məruzəçi vəzifəsini təsis edəcək. Oktyabrın 7-də keçirilən səsvermədə Şuranın 17 üzvü bu qərarın lehinə səs verib. Boliviya, Venesuela, Qazaxıstan, Çin, Kuba və Eritreya qətnamənin əleyhinə səs verib. Ermənistan da daxil olmaqla isə 24 ölkə bitərəf qalıb. Belə ki, tarixdə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkəyə münasibətdə belə bir qərar qəbul edilib.
Haqqın.az-ın xəbərində bildirilir ki, qərarın qəbul edilməsinə səbəb “uzun illərdir Rusiyada baş verən və dünya ictimaiyyətindən cavab tələb edən çoxsaylı insan haqlarının pozulması faktları olub”.

BMT Təhlükəsizlik Şurası bununla bağlı qeyd edib ki, Rusiya Dövlət Dumasının qəbul etdiyi və Rusiya Federasiyasının prezidenti tərəfindən təsdiq edilmiş qanunlar ifadə azadlığını məhdudlaşdırır və insan haqları müdafiəçilərinin geniş şəkildə təqib edilməsinə yol açır.
BMT protokoluna uyğun olaraq, xüsusi məruzəçi Rusiya Federasiyasında insan hüquqlarının pozulması hallarını qeydə almalı, vətəndaş cəmiyyəti ilə işləməli və insan hüquqlarının pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlara tövsiyələr verməli olacaq.
Rusiya hakimiyyəti və rəsmilərinin BMT-nin xüsusi məruzəçisi ilə əməkdaşlıq edib-etməyəcəyi hələlik məlum deyil.
BMT-nin Cenevrədəki mənzil-qərargahındakı Rusiya nümayəndələri bu qərarı “qəribə” adlandırıblar. Rusiyanın BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəsi Gennadi Qatilov bildirib ki, “ABŞ-ın uydurmalarına əsaslanan qətnamənin məqsədi Rusiyaya qarşı yeni ittihamları irəli sürməkdir”.

Bildirilir ki, BMT-nin növbəti iclasında Rusiya üzrə xüsusi məruzəçi vəzifəsinə namizəd şəxs müəyyənləşəcək.
Yada salaq ki, bu il aprelin 7-də Ukraynanın Buça şəhərində dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi faktları məlum olduqdan sonra BMT Baş Assambleyası Rusiyanın İnsan Hüquqları Şurasında iştirakını dayandırıb. Ermənistanın Rusiyanı dəstəkləməməsi Moskvada qıcıq yaradıb.“Düzünü desəm, biz istərdik ki, tərəfdaşlarımız səsvermə zamanı daha qətiyyətli mövqe tutsunlar” deyə, Gennadi Qatilov açıqlamasında bildirib. “Mən ilk növbədə, təəssüf ki, səsvermədə bitərəf qalan Ermənistan və Özbəkistanı nəzərdə tuturam. Səsvermə bir daha göstərdi ki, ümumilikdə BMT-nin İnsan Haqları Şurası öz siyasi xəttini həyata keçirmək üçün Qərb dövlətlərinin manipulyasiya etdiyi quruma çevrilib”.
Qeyd edək ki, Ukrayna müharibəsi ilə əlaqədar Rusiyanı da BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündən çıxarmaq çağırışları artıb.скачать dle 12.1