Bia.Az

Avstriyada pandemiya qurbanlarının sayı 168-ə çatdı

Dünya
 3-04-2020, 15:52     307

Avstriyada pandemiya qurbanlarının sayı 168-ə çatdı
Avstriyada koronavirusdan ölənlərin sayı artıb.

“bia.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Avstriya Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, pandemiya qurbanlarının sayı daha 10 nəfər artaraq 168-ə çatıb.

Məlumatda həmçinin ölkədə infeksiya daşıyıcılarının sayının 11 238 nəfərə yüksəldiyi də vurğulanıb.

Qeyd edək ki, aprelin 2-də koronavirusdan ölənlərin sayı 158 olub. Ən çox yoluxma faktı İtaliya ilə sərhəddə yerləşən Tirol Federal Torpaqda qeydə alınıb - 2 538. Ölkə paytaxtı Vyanada isə 1 625 nəfər yoluxub.

Avstriyada 5 nəfərdən çox toplaşmaq qadağan olunub. Xüsusi rejim qaydalarını pozanları 3,6 min avroyadək cərimə gözləyir.скачать dle 12.1