Bia.Az

Ukrayna: ilhaq olunmuş torpaqların sahəsi

Siyasət
 8-10-2022, 00:41     184

Ukraynada işğalçı müharibə aparan Rusiya 2014-cü ildə bu ölkənin 2 bölgəsini, 2022-ci ildə 4 bölgəsini özünə birləşdirdiyini bəyan edib.

Novator.az bildirir ki, Krım Muxtar Respublikasının və Sevastopol şəhərinin birlikdə ərazisi 27,1 min kvadrat kilometr, Donetsk vilayətinin ərazisi 26,5 min kvadrat kilometr, Luqansk vilayətinin ərazisi 26,6 min kvadrat kilometr, Xerson vilayətinin ərazisi 28,4 min kvadrat kilometr, Zaporojye vilayətinin ərazisi 27,1 min kvadrat kilometrdir.

Ölkənin ümumi ərazisi 603,5 min kvadrat kilometr göstərilir.

Rusiya Ukraynanın Krım yarımadasını 2014-cü ilin fevralında zəbt edib, martda onu Krım Respublikası və Sevastopol şəhəri adları ilə ölkəsinə birləşdirib.

Həmin il Rusiya Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq iki separatçı rejim qurub.

2022-ci il fevralın 24-dən Ukraynada total hərbi əməliyyat aparan Rusiya Donetsk və Luqansk vilayətlərində işğal bölgəsini genişləndirib, həmçinin Zaporojye və Xerson vilayətlərinin böyük hissəsini ələ keçirib. Oktyabrın 5-də Rusiya Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrini (bu bölgələrə tam nəzarət edə bilməsə də) öz tərkibinə qatdığını elan edibскачать dle 12.1