Bia.Az

Lukaşenko Putinin ad gününə traktor hədiyyə etdi

Cəmiyyət
 7-10-2022, 23:03     172

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinin yubileyinə hədiyyə olaraq “BELARUS” traktoru verib.


Musavat.com xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidmətinə yaxınlığı ilə bilinən “Pul pervoqo” telegram kanalı məlumat yayıb.

“Lukaşenkodan Putinə nə hədiyyə hazırladığını soruşdular. Cavab sizi təəccübləndirəcək ... Budur hədiyyə! – deyə kanal traktor sertifikatının fotosunu yerləşdirərək yazıb.

Burada, “Vladimir Vladimiroviç Putinə. Yubiley şərəfinə. Belarus Respublikasının Prezidenti A.Q. Lukaşenko” təbrik yazısı da var.скачать dle 12.1