Bia.Az

Çingiz Abdullayev Anarın yerinə gəlir? - Özü açıqladı

Siyasət
 7-10-2022, 22:20     166

Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayının oktyabr ayının sonunadək keçiriləcəyi gözlənilir.

Keçirilməsi planlaşdırılan XIII qurultay AYB-nin yeni sədrinin kimliyini müəyyən edəcək.

Hazırda Azərbaycan Yazıçılar Birliyinə Xalq yazıçısı Anar Rzayev sədrlik edir. Anar bu vəzifəni 1987-ci ildən icra edir. 35 ildir quruma sədrlik edən 84 yaşlı yazıçı sədrlik üçün yenidən namizədliyini verəcəyini açıqlayıb.

Lakin sosial şəbəkələrdə yayılan məlumatlara görə, Xalq yazıçısı Çingiz Abdullayev də birlik sədrliyinə iddialıdır.

BİA.AZ xəbər verir ki, bu haqda Cebhe.info-ya açıqlamasında yazıçı Çingiz Abdullayev iddiaların düzgün olmadığını bildirib:

“Namizədliyimi irəli sürməyəcəyəm, mən Anarı dəstəkləyirəm”.

Qeyd edək ki, AYB-nin ali orqanı olan qurultay beş ildən bir çağırılır. Qurultay sonuncu dəfə 2014-cü ildə keçirilib. 2019-cu ildən bəri isə tədbirin pandemiya səbəbindən keçirilməsi mümkün olmayıb. Qurultayın bu il Şuşa şəhərində keçiriləcəyi gözlənilirdi. Lakin son məlumatlara görə, qurultay paytaxtda keçiriləcək.


Qurultayın keçiriləcəyi tarix bir neçə dəfə müəyyən səbəblərdən dəyişdirilib.скачать dle 12.1