Bia.Az

"Qalatasaray"ın sabiq basketbolçusunda koronavirus aşkarlandı

Gündəm
 3-04-2020, 14:44     303

"Qalatasaray"ın sabiq basketbolçusunda koronavirus aşkarlandıBelçika basketbolunun əfsanəvi oyunçularından, "Qalatasaray" klubunun sabiq üzvü Enn Vouters koronavirusa yoluxub.

"bia.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə idmançı özü deyib.

39 yaşlı veteran basketbolçunun sözlərinə görə, ötən həftə götürülən analizin nəticəsi müsbət çıxıb.

Xəstəliyin çətin keçdiyini söyləyən E.Vouters virusun olduqca təhlükəli olduğunu bildirib: "Güclü vücuda sahib olduğumu düşünürdüm. Amma virus məni təsiri altına aldı. Xəstəliyi yaşamamış biri üçün olduqca qorxulu vəziyyət idi".

Keçmiş oyunçu gənclərə və ya özünü güclü hesab edənlərə xəbərdarlıq edib: "Hamımız virusla üz-üzəyik və onun daha çox yayılmasının qarşısını almaq üçün birləşməliyik. Xahiş edirəm, evdə qalın, qaydalara əməl edin və bir-birinizə diqqət yetirin".скачать dle 12.1