Bia.Az

"Ayının dərisini bölüşdürməyə dəyməz..." - Komorovski Rusiya ilə danışıqların tərəfdarıdır

Siyasət
 7-10-2022, 13:09     148

“Zelenski əbəs yerə əzələ nümayiş etdirir və bütün dünyanın maraqlarına uyğun olaraq Putinlə danışıqlar masasına oturmaqdan tamamilə imtina edir”.

BİA.AZ moderator.az-a istinadla xəbər verir ki, bunu Polşanın keçmiş rəhbəri Bronislav Komorovski RMF FM radiosuna müsahibəsində deyib. O, əvvəllər qeyri-mümkün hesab edilən Kiyev və Varşava arasında əldə olunan uğura diqqət çəkərək Rusiya-Polşa barışığına da ümid etdiyini bildirib.

“Rusiyanın nüvə silahından istifadə ilə bağlı təhdidləri də diqqətdən kənarda qalmamalıdır, baxmayaraq ki, bu təhdidlər çoxdan eşidilsə də, hüç bir real addım atılmayıb”, - deyə Komorovski Qərb dünyasının bundan getdikcə daha az narahat olduğunu dilə gətirib.

“Bu, illərdir davam edir. Rusiyalılar Polşa və İsveç müdafiə sistemlərini sınaqdan keçirir, test edir və yoxlayırlar. Onların hava məkanına daxil olmalarına reaksiyalarını gözləyirlər. Onlar bunu izləyirlər və mümkün münaqişəyə hazırlaşırlar”, - deyə keçmiş lider rus qırıcılarının birbaşa Polşa və İsveç hava məkanına yaxınlaşması ilə bağlı insidenti qiymətləndirib. Onun fikrincə, bu epizodlarla sadəcə olaraq barışmalı, lakin eyni zamanda reaksiya verilməlidir, o cümlədən döyüş hazırlığı baxımından.

“Ancaq buna çox da əhəmiyyət vermək olmaz. Bizim tarixi təcrübəmiz göstərir ki, Rusiya ilə münasibətlər həmişə yeni şansdan istifadə etmək istəyi ilə yanaşı getməlidir ki, bu da gələcəkdə Polşa-Rusiya barışığının hansısa perspektivi ola bilər... Ukrayna ilə barışıq ümidinin özünü doğrultduğu nəzərə alsaq, buna ümid etmək lazımdır. Özü də bu, tamamilə real imkanların hüdudlarından kənarda görünürdü”, - deyə Polşanın keçmiş lideri vurğulayıb.

Söhbət zamanı o, həmçinin Ukrayna prezidenti Volodimir Zelenskinin Vladimir Putinlə sülh danışıqları masasına oturmaq niyyətində olmadığı bəyanatını da şərh edib. Bronislav Komorovski deyib: “Mən Ukraynanin təhlükəsizliyi naminə sülhə hazırlıq üçün hətta Putinlə belə danışıqların tərəfdarıyam. Bir neçə ay əvvəl prezident Zelenski Putinlə danışıqlara hazır olduğunu söyləmişdi. Başa düşürəm ki, vəziyyət dəyişib - Rusiyanın işləri yaxşı getmir, Ukrayna isə Qərbin dəstəyi sayəsində müharibədə irəliləyişə nail olur. Ancaq mənə elə gəlir ki, elə həmin Zelenskinin əvvəlki bəyanatları ciddi qəbul edilməlidir - o, Putinlə də danışmağa hazırdır”.

Polşanın keçmiş prezidenti onu da diqqətə çatdırıb ki, dünya, Ukrayna, Polşa, Avropa üçün, bütövlükdə Qərb dünyası üçün məsələnin hərbi yox, diplomatik yolla həllini mümkün qədər tez tapmaq daha yaxşı olar. “Mən başa düşürəm ki, prezident Zelenski əzələ nümayiş etdirir və artıq Putinin böyük ehtimalla bu müharibəni uduzacağına hazırlaşır. Bununla belə, deyərdim ki, ayının dərisini bölüşdürməyə dəyməz. Ayı hələ də sağdır və meşədə əylənir”, - deyə o xəbərdarlıq edib.
скачать dle 12.1