Bia.Az

"Moskva sülh müqaviləsi ilə bağlı hərtərəfli təklifləri Azərbaycan və Ermənistana təhvil verib" - Rusiya XİN

Siyasət
 6-10-2022, 17:16     149

"Rusiya sülh müqaviləsi ilə bağlı hərtərəfli təklifləri Azərbaycan və Ermənistana təhvil verib”.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, Rusiya tərəflər arasında münasibətlərin normallaşmasına, o cümlədən sülh müqaviləsinin hazırlanmasına hərtərəfli yardım edir:

“Bizim hərtərəfli təkliflərimiz İrəvana və Bakıya təqdim olunub. Artıq xəbər verdiyimiz kimi, XİN-in xüsusi nümayəndəsi İqor Xovayev bu mövzuda məsləhətləşmələr aparmaq üçün bölgəyə bir sıra səfərlər edib. Xüsusilə sentyabrda belə səfərlər olub”.скачать dle 12.1