Arxiv

Oxunub:131 / 30 in 10:36sosial

Azərbaycanda göz həkimlərinin morqlarla işbirliyi: meyitlərdən gözün buynuz qişasını çıxarırlar



Azərbaycanda göz həkimlərinin morqlarla işbirliyi: meyitlərdən gözün buynuz qişasını çıxarırlar

















Göz insanın görmə funksiyasını təmin edən ən vacib duyğu orqanıdır

Gözdəki bir çox xəstəliklər buynuz qişanın şəffaflığını pozur. Bu xəstəliklər anadangəlmə, genetik və mikrob mənşəli ola bilər. Əgər keratokonus son mərhələsindədirsə, xəstəyə artıq kontakt linzalar, intrastromal buynuz qişa halqaları kömək etmir, bela halda yeganə müalicə yolu buynuz qişanın köçürülməsi və ya transplantasiyasıdır.

Keratokonus kimi bəzi xəstəliklər buynuz qişanın formasını dəyişə bilər, belə hallarda buynuz qişanın transplantasiyası vacibdir.

Bu əməliyyat Azərbaycanda 2003-cü ildən 2011-ci ilə qədər həyata keçirilib. 2011-ci ildə qanunvericiliyə dəyişikliklər edildikdən sonra transplantasiya məqsədilə Azərbaycana gətirilən orqan və toxumalardan istifadə etməyə icazə verilməyib. Son illər bu sahədəki ən böyük problem buynuz qişanın əldə edilməsi üçün donor tapılması ilə bağlıdır.

Bunun üçün Azərbaycanda göz bankları yaradılmalı, ya da qısa müddət ərzində xarici ölkədən gətirilməlidir.

Məlum olduğu kimi, gözün buynuz qişası ölüdən götürülür. Amma ölkəmizdə böyük çoxluq ölüsündən donor kimi istifadə edilməsinə razılıq vermir.
Ancaq Azərbaycanda bir sıra məşhur oftalmoloqlar qanunla qadağan olunmasına baxmayaraq, morqlarla sövdələşməyə giriblər.
Modern.az-a daxil olan məlumata görə, oftalmoloqlar ölülərdən gözün buynuz qişasının götürülməsinə nail olurlar.

Hətta bu “donor”lar vasitəsilə bir neçə xəstəni də əməliyyat ediblər.