Bia.Az

FIFA Namiq Ələsgərova görə Türkiyə klubuna sərt cəza verdi

İdman
 6-10-2022, 01:46     268

FIFA Türkiyə 2-ci Liqasında çıxış edən "Bursaspor"a 2 dönəmlik transfer qadağası qoyub.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna "yaşıl timsahlar"ın transfer qaydalarını pozması səbəb olub. Belə ki, klub Tim Matavz, Reqi Ofosu Baah, Namiq Ələsgərov və Luka Çapanla müqavilənin şərtlərinə əməl etməyərək anlaşmaya xitam verib. 

"Bursaspor" məsələ ilə bağlı FIFA-ya etirazını ünvanlayacağını söyləyib.

Qeyd edək ki, hazırda "Sabah"ın formasını geyinən Namiq Ələskərov 2021-ci ilin yayında "Neftçi"dən "Bursaspor"a transfer edilmişdi.скачать dle 12.1