Bia.Az

"İranda dərin xaosa qapı açıla bilər..." - “Güney Azərbaycanda milli silahlı güclər yaradılmalıdır"

Siyasət
 5-10-2022, 17:29     229

"ABŞ və Fransa İranda şah rejiminin yenidən bərpa edilməsinə və İranın bütövlüyünün qorunmasına çalışacaq. Əgər bu mümkün olmasa, İranda İraq və Suriyadakı kimi dərin xaosa qapı açılacaq. Bu prosesin katalizatoru ise PKK ve PEJAK olacaq. Bu, Türkiyənin İran, İraq və Suriya sərhədi boyu dərin xaosa sürüklənməsi demək olardı".

"AzPolitika.info" xəbər verir ki, bu sözləri tarixçi professor Xaləddin İbrahimli İranda yaranmış böhranı və xarici qüvvələrin ona reaksiyasını şərh edərkən bildirib.

Professor hesab edir ki, belə olan halda önəmli tədbirlərdən biri İran ordusundakı Azərbaycan kökənli əsgər və zabitlərin əllərindəki silahla öz xalqlarının yanında olması və onların can, mal, mülk təhlükəsizliyinin təmin olunmasında iştirakı vacıb şərtdir: "Başqa sözlə, İran rejimi artıq əhalinin təhlükəsizliyini təmin etmək günücü itirməkdədir. Güney Azərbaycanın təhlükəsizliyini təmin etmək üçün milli silahlı güclərin yaradılmasına ehtiyac yaranmaqdadır".

X.İbrahimli bu günlərdə Türkiyə Milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətinin və İsrailin müdafiə naziri Benyamnın Qantsızın Bakı ziyarətlərini də şərh edib.

Onun sözlərinə görə, bu səfərlər gözlənilən xaosun ətrafa sıçramaması, bölgə dövlətlərinə zərbə vurmaması, terror təşkilatlarının qol - qanad açmasının qarşısının alınması və fürsətdən istifadə edərək hansısa dövlətin bölgəyə hərbi qüvvə yeritməsinin qarşsının alınması ilə bağlı ola bilər.
"Bu konteksdə ABŞ və ya Fransanın vəziyyətdən yararlanıb Ermənistana silahlı birliklər soxa bilməsi ehtimalı da gözardı edilməməlidir",- X.İbrahimıi vurğulayıb.скачать dle 12.1