Bia.Az

Məşhur astroloqdan seçkilərlə bağlı SİYASƏTÇİYANƏ proqnoz - “Ərdoğan və Kılıçdaroğlu mübarizə apararsa, qalib…”

Cəmiyyət
 5-10-2022, 16:03     212

Türkiyədə Prezident seçkiləri 2023-cü il iyunun 18-də baş tutacaq.

Hazırda prezidentlik uğrunda əsas mübarizə “Millət İttifaqı” ilə “Cümhur İttifaqı” arasında gedir. “Cümhur İttifaqı”nın namizədinin yenidən hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan olacaq. “Millət İttifaqı” isə namizədini hələ gələn ay açıqlayacağını bildirib. Qeyd edək ki, “Millət İttifaqı”nda CHP, İYİ Parti, DEVA Partisi, Gelecek Partisi, Demokrat Parti ve Saadet Partisi təmsil olunur. Cümhur İttifaqında isə hakim AKP və MHP təmsil olunur.

Bəs seçkilərdə kimin şansı çoxdur?

Bununla bağlı müxtəlif proqnozlar səslənir. Namizədlər hələlik tam olaraq açıqlanmadığı üçün proqnozlar əsasən rəy sorğularına əsaslanır. DİA.AZ xəbər verir ki, məşhur astroloq Səbuhi Rəhimli Cebhe.info-ya seçkilərlə bağlı maraqlı proqnoz verib.

“Əgər seçkilərdə CHP sədri Kamal Kılıçdaroğlu və hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan namizəd olarsa, seçkiləri Ərdoğan qazanacaq. Başqa namizədlər hələlik açıqlanmadığı üçün proqnozu ancaq bu iki namizədlə bağlı verə bilirik”.


DİA.AZ-dan: Deyəsən, hörmətli Səbuhi müəllim jurnalistin ondan siyasətçi kimi yox, astroloq kimi fikrini öyrənmək istədiyini unudub...скачать dle 12.1