Bia.Az

Maskdan Ukraynanı qəzəbləndirən həmlə - Cavabını Zelenski ŞƏXSƏN ÖZÜ VERDİ

Siyasət
 4-10-2022, 15:15     173

Rusiya-Ukrayna müharibəsinin tam sürəti ilə davam etdiyi bir vaxtda İlon Maskdan gündəmə bomba kimi düşən açıqlamalar gəlib.

Musavat.com xəbər verir ki, milyarder iş adamı Rusiya ilə Ukrayna arasında münaqişənin həlli yolunu təklif edib.

Krımın Rusiyanın bir hissəsi olduğunu deyən Mask Ukraynanın bu məsələdə neytral qalmalı olduğunu bildirib. 
“Xalq iradəsini ortaya qoyarsa, Rusiya bu əraziləri tərk etməlidir. Krım 1783-cü ildən əvvəl olduğu kimi, formal olaraq Rusiyanın bir hissəsi olacaq. Bundan sonra yarımadaya su verilməsini təmin etmək lazımdır. Ukrayna isə neytral qalmalıdır”, - amerikalı iş adamı qeyd edib.


"RƏDD OL, GET..."




Maska Ukrayna tərəfindən ilk rəsmi reaksiya Ukraynanın Almaniyadakı səfiri Andreu Melnykdən gəlib.

Maskın paylaşımından qısa müddət sonra milyarder sahibkarı etiketləyən səfir Twitter-də bu mesajı paylaşıb;

“Rədd ol, get. Bu sənə verə biləcəyim ən diplomatik cavabdır”.

Mask gələn reaksiyalarla bağlı yeni tvit paylaşıb və yenidən referendumların keçirilməsini təklif edib:

“O zaman gəlin bunu sınayaq: Rusiyanın, yoxsa Ukraynanın bir hissəsi olduğuna Donbas və Krımda yaşayanların iradəsi qərar verməlidir”.
Bakı vaxtı ilə 14.15-ə qədər olan məlumata görə, sorğuda 2,1 milyondan çox insanın iştirak edib, 57,8 faizlə yenidən referedndum keçirmək təklifi dəstəklənib.

ZELENSKİDƏN MİLYARDERƏ CAVAB



Ukrayna lideri Vladimir Zelenskinin Maska reaksiyası gecikməyib.

İlon Maska sorğu ilə cavab verən Zelenski izləyicilərinə bu sualı verib: Hansı İlon Maskı daha çox bəyənirsiniz? Ukraynanı dəstəkləyən, yoxsa Rusiyanı?

Bakı vaxtı ilə 14.15-ə qədər olan məlumata görə, sorğuda 2 milyondan çox insan iştirak edib, Ukraynanı dəstəkləyənlər 81,4 faizlə çoxluq təşkil edib.скачать dle 12.1