Bia.Az

Minsk qrupunu "dirildib" indi də sərhədə göndərirlər? - NƏ ETMƏLİ?

Siyasət
 4-10-2022, 14:48     160

ATƏT-ə sədrlik edən Polşanın xarici işlər naziri Zbiqnev Rau Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə təşkilatın missiyasının Ermənistan-Azərbaycan sərhədindəki münaqişə zonasına göndərilməsi imkanlarını müzakirə edib.

Bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan və Azərbaycan sərhədindəki son hadisələr və bu regiona ATƏT-in missiyasının göndərilməsinin potensial imkanları müzakirə edilib. ATƏT-in Minsk qrupunun 30 il ərzindəki fəaliyyətsizliyi haqlı olaraq Azərbaycan tərəfdə etirazlar yaradıb.

Ortada belə bir nümunə varkən, yeni missiyanın sərhəddəki fəaliyyəti qənaətbəxş ola biləcəkmi? BİA.AZ xəbər verir ki, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bunu Fransanın növbəti dəfə ATƏT-in Minsk qrupunu dirçəltmək cəhdi adlandırıb:

“Düşünürəm ki, Fransa burada Polşadan alət kimi istifadə edir. Təbii ki, 30 ilə yaxın müddət ərzində ATƏT-in Minsk qrupunun cinayətkar fəaliyyətsizliyinin nəticələrini görmüşük. Yəni 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarının 20 faizi işğal altında qalıb. Eyni zamanda, çox sayda şəhid vermişik. 44 günlük Vətən müharibəsində də, ondan əvvəlki illərdə də şəhidlərin və tökülən qanın baiskarı ermənilərlə yanaşı, ATƏT-in Minsk qrupunun həmsdəri olan ölkələr, o cümlədən həmsədrlərdir. Çünki onlar cinayətkar fəaliyyətsizlikləri ilə bu qanların tökülməsinə səbəbkar olublar. Faktiki olaraq, onların fəaliyyəti Azərbaycanın işğal altında olan ərazilərini rəsmiləşdirmək olub. Əslində onlar zaman keçdikcə işğal altındakı ərazilərimizi ermənilərin xeyrinə rəsmiləşdirməyə çalışıblar”.

Partiya sədri bildirib ki, heç bir halda ATƏT-in Minsk qrupu adlandırılan cinayətkar qrupun yenidən dirçəldilməsinə imkan vermək olmaz:

“Azərbaycanın razılığı olmadan və kimin bunu müzakirə etməsindən asılı olmayaraq, bu qrupu dirçəltmək də mümkün deyil. Azərbaycan məsələyə dövlət və millət olaraq öz mövqeyini bildirib. Yəni heç bir halda ATƏT-in Minsk qrupu yenidən fəaliyyətə başlaya bilməz”.
скачать dle 12.1