Bia.Az

Paşinyanın arvadından sensasion BAKI AÇIQLAMASI – 5 BƏND

Siyasət
 4-10-2022, 11:58     158

Ermənistanın Baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın baş redaktoru olduğu “Haykakan Jamanak” qəzetində rəsmi Bakının Ermənistandan tələbləri ilə bağlı yazı dərc olunub.

Busaat.az  “ARB24″ə istinadən xəbər verir ki, yazıda əks olunan bəndlərə diqqət yetirdikdə indiyə qədər Azərbaycanın gündəmə gətirdiyi və rəsmilərin tələb etdiyi məqamları görünür.

Bəndlər bundan ibarətdir:

İrəvan dırnaqarası Qarabağ ordusunu buraxmalıdır;

Dağlıq Qarabağ heç bir muxtariyyət olmadan Azərbaycanın bir hissəsi kimi tanınmalıdır;

Ermənistan ərazisindən Naxçıvan istiqamətinə dəhliz açılmalıdır;

1919-1920-ci illərin xəritələrinə əsasən, sərhədin delimitasiyası və demarkasiyası prosesi həyata keçirilməlidir;

Ermənistan itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirməlidir.скачать dle 12.1