Bia.Az

Təmirli məktəbə büdcədən 300 min manatı kimlər ayırıb? - Burası AZƏRBAYCANDIR!

Fakt
 4-10-2022, 10:19     370

Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və təchizat İdarəsi cari ilin avqust ayının 15-də "Abşeron rayonu, Mehdiabad qəsəbəsi 2 nömrəli tam orta məktəbinin əsaslı təmiri işlərinin satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

BİA.AZ Qlobal.az-a istinadla xəbər verir ki, bu satınalmanın məbləği 309.067 manat, qalibi isə "Meqaplus" Firmasıdır.

Təmirli məktəbə büdcədən 300 min manatı kimlər ayırıb?

Təsərrüfat Hesablı Əsaslı Tikinti və təchizat İdarəsi ilə "Meqaplus" Firmasının arasında bağlanana müqavilənin predmetlərindən biri Mehdiabad qəsəbəsi 2 saylı tam orta məktəbin 373 kvadrat metr fasadının emulsiya ilə rənglənməsi və 871 kvadrat metr dam sahəsinin profnastillə vurulması yer alır.

Təmirli məktəbə büdcədən 300 min manatı kimlər ayırıb?

Ancaq Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və təchizat İdarəsi ilə Meqaplus Firması arasında cari ilin avqust ayının 22-də imzalanan tender müqaviləsində göstərilən işlər 2021-ci ildə həyata keçirilib.

Belə ki, hazırda Mehdiabad qəsəbəsi 2 saylı tam orta məktəbin 373 kvadrat metr fasad emulsiya ilə rənglənmiş, 871 kvadrat metrlik dam hissəsi yeni profnastil örtüyü ilə montaj olunmuş vəziyyətdədir.

Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsindən təmir olunmuş məktəbdə eyni predmetlər üzrə yenidən satınalma keçirilməsinin səbəbləri barədə məlumat ala bilmədik.

Təhsil Nazirliyi də məsələyə münasibət bildirmədi.

Təmirli məktəbə büdcədən 300 min manatı kimlər ayırıb?
Təmirli məktəbə büdcədən 300 min manatı kimlər ayırıb?
скачать dle 12.1