Bia.Az

"Öz ayıblarını ört-basdır etmək istəyirlər" - Deputat üsyan etdi

Siyasət
 3-10-2022, 16:34     163

"Erməni əsirlərin "güllələnməsi" ilə bağlı yayılan video birmənalı olaraq, saxtadır və monatj olunub. Burada məqsəd beynəlxalq aləmdə Azərbaycana qarşı xoşagəlməz münasibətin yaradılmasıdır".

BİA.AZ xəbər verir ki, bu fikirləri Bakupost.az -a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.


O bildirib ki, hərbçilərimizin saxlanılmış erməni təxribatçılarını guya atəşə tutması barədə yayılan görüntülər növbəti erməni təxribatıdır:
"Bu sahənin mütəxəssislərinə sirr deyil ki, ermənilərin çoxsaylı saytları, internet televiziyaları Azərbaycan dilində yayımlanır, təxribat xarakterli məlumatlar sosial şəbəkələrə ötürülür. Təəssüf ki, bizim sosial şəbəkələrdə olan insanlar ermənilər tərəfindən yaradılmış videoları həqiqət kimi qəbul edir və paylaşırlar. Bu Azərbaycana qarşı növbəti erməni təxribatdıdır. Şantaj xarakterli, montaj olunmuş, məqsədli yayılan videolardır. Lakin ermənilərin növbəti təxribatı da fiaskoya uğrayacaq. Görüntülərə görə Azərbaycanı haqsız, erməniləri haqlı çıxaran, Azərbaycan əsgərini qınayanlar erməni vəhşiliklərini nə tez yaddan çıxartdılar? 1905-1906, 1918-1920, 1948-1953 illərdə və 1988-ci ildən başlayaraq bu günə kimi baş alıb gedən erməni vəhşiliklərini nə tez unutduz? Bakıda ermənilər tərəfindən 1918-ci ildə bir gün ərzində on minlərlə insanın qətlə yetirilməsi yaddan çıxdı? 1991-1992-ci illəri də yada salaq. Xocalı, Qaradağlı, Meşəli, Bağanis Ayrım, Ağdaban və s. ərazilərdə körpə uşaqlarımıza, hamilə qadınlarımıza, qocalara, xəstələrə, silahsız insanlara qarşı törədilən vəhşilikləri də həmin erməni hərbçiləri, silahlıları, terrorçuları törətmirdimi? Sentyabrın 12-13-də ermənilərin növbəti təxribatı zamanı yaralı erməni əsgərini müalicə edən, yarasını sağaldan, ona köməklik göstərən Azərbaycan əsgəri deyildi? Həmin erməni əsgər öz dili ilə etiraf etmədimi ki, “məni Azərbaycan əsgəri xilas etdi”? Bunlar niyə paylaşılmır? İkinci Qarabağ Müharibəsi dövründə cəbhə xəttindən 10 kilometrlərlə uzaqda olan şəhərlərimizi, kəndlərimizi raket, top atəşinə tutub, dinc insanlarımızı, körpə uşaqları qətlə yetirən bu ermənilər deyildimi? Ermənilər nə vaxtdan haqq-ədalətdən danışmaq haqqı qazanıblar? Bunlar öz ayıblarını, murdar hərəkətlərini ört-basdır üçün Azərbaycana qarşı belə şər-böhtan xarakterli videolar paylaşıblar. Bu saxta video araşdırmalar nəticəsində ifşa olunacaq. Azərbaycan əsgəri həmişə özünün ədaləti, insanpərvərliyi, humanistliyi, qayda-qanuna tabe olmağı ilə seçilib".
скачать dle 12.1